Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Fikrət Yusifovun "duzlu biznesi"-100 min ton duz müəmması

 Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə sabiq maliyyə naziri Fikrət Yusifovun biznes şəbəkəsindən və bu biznesin qaynaqlandığı mənbələrdən yazıb: 

"Əslində keçmiş maliyyə nazirinin açıqlamasından sonra mövzuya qayıtmaya da bilərdim, amma yazdığı cavabla bağlı bəzi məqamlar haqqında fikirlərimi bildirmək istəyirəm. Ona yönəlik “Mövzudan kənar olsa da Fikrət Yusifova sualım var, Çexiyadakı daşınmaz əmlak biznesini (ČECHAZ GROUP s.r.o.) Zarema Totikovaya satıb, yoxsa sadəcə onun adına keçirib” sualımı cavab verəsi şəxs bir kənarda qala-qala bəzi saytlar onun yerinə "tikanlı-atmacalı şərh" kimi təqdim edib, "qaşınmayan yerdən qan çıxarmağa çalışmaq" kimi qələmə verib. 
Cənab Yusifov mənə ünvanladığı cavabda isə özü etiraf edir ki, Çexiyada belə bir şirkəti olub, onu 2010-cu ildə açıb. Yəni məlum "dövlət çevrilişinə cəhd"lə bağlı 4 illik həbsdən cəmi bir il sonra.
Bildiyim qədərilə Fikrət Yusifov həbsdən sonra Rusiyaya üz tutub, qısa müddət sonra Praqada şirkət açmaq qərarına gəlib. Çexiya qanunvericiliyinə görə bu ölkədə biznes quran şəxs məhkumluğunun olmaması ilə bağlı mütləq müvafiq orqanlara arayış təqdim etməlidir. Fikrət Yusifov məhkumluğunun olmaması ilə bağlı həmin arayışı haradan və necə əldə edib, Çexiya hökumətini necə aldadıb, bu da maraqlı məsələdir. 
Sizlərə də təqdim etdiyim sənədlərə görə Fikrət Yusifov iki övladı ilə birgə ČECHAZ GROUP s.r.o.-ni qeydiyyatdan keçirərkən Azərbaycan deyil, Rusiya pasportu təqdim edib, qeydiyyat ünvanə yaşayış ünvanı Sankt Peterburq, Novoçerkasskiy prospekt 9/65 göstərilib. Ola bilsin ki, keçmiş nazir məhkumluğunun olmaması ilə bağlı arayışı da məhz Rusiyada əldə edib. 
Fikrət Yusifov iddia edir ki, Çexiyada şirkəti övladlarının hansısa proqram çərçivəsində Çexiyada təhsil almaq istəyi, ora gedib gəlməyin, yəni viza almağın daha asan olması üçün açıb. Belə bir istək alqışlanmalıdır, amma Çexiya hökuməti bu ölkədə şirkət açmaq hüququnu əcnəbilərə biznes qurmaq, yaxud daşınmaz əmlaka yiyələnmək hüququnu təsbit etmək üçün verir. Bir çoxları prosedurların asan olması səbəbindən Avropada daimi yaşamaq izni əldə etmək, yaxud Şengen zonasında rahat biznes qurmaq məqsədilə Çexiyada bu imkandan yararlanırlar. Yerli qanunvericiliyə görə, şirkət təsis olunduqdan bir il ərzində təsisçilər bu ölkəyə 90 günlük multiviza əldə edirlər. Yalnız bir il sonra müəyyəm şərtlər daxilində (fəaliyyətdə olan biznes, daşınmaz əmlaka sahiblik) bu ölkədə yaşamaq hüququ əldə edirlər. Lakin şirkət qeydiyyatdan keçirməklə bu ölkədə təhsil almaq imkanı barədə Fikrət Yusifovdan ilk dəfə eşidirəm. 
Fikrət Yusifov deyir ki, Çexiyada heç bir daşınmaz, əmlakı, dövriyyəsi olmayıb. Bu mövzuda mübahisə etmək niyyətim yoxdur, çünki əlimdə şirkətə aid maliyyə sənədləri yoxdur. Amma aşağıda paylaşdığım qeydiyyat sənədlərinə görə keçmiş nazirə aid şirkətin fəaliyyət profili məhz daşınmaz əmlakla bağlı olub. Cənab Yusifov deyir ki, şirkətin dövriyyəsi olmayıb. Belə çıxır ki, 2013-cü ildə şirkət Bakı şəhər sakini Zarema Totikovaya (onun kimliyi maraqlı deyil) satılana, yaxud onun adına keçirilənə qədər şirkət 3 il ərzində fəaliyyətsiz olub. Bu iddianın özü də müəmmalıdır.
Ən nəhayət, cənab Yusifov xüsusi vurğulayır ki, "Heydər Əliyev hakimiyyətindən müdafiə naziri Səfər Əbiyevin koorupsiya əməllərini mətbuatda ifşa etdiyinə görə" gedib. Bu məsələdə keçmiş nazir qətiyyən səmimi deyil. Bu iddianın duzu çatmır, duz məsələsini unudub, ya da unutdurmağa çalışır. 
                                     Unudubsa xatırladım.
Keçmiş müdafiə naziri ilə keçmiş maliyyə naziri arasında intriqa Fikrət Yusifovun qardaşı Müstəcəbin hələ əvvəlki müdafiə naziri Məmmədrəfi Məmmədovun vaxtında gön-dəri fabriki əvəzinə, Müdafiə Nazirliyinə sırınan 100 min ton duzdan qaynaqlanırdı. Abşeronun duz göllərindən yığılmış bu qədər duzun alışına Məmmərəfi Məmmədov imza atmışdı. Amma o ərəfədə müdafiə naziri dəyişdi, Səfər Əbiyev pulu ödəməkdən imtina etdi. Yəqin ki, bu maxinasiyada onun maraqları təmin olunmadığı üçün. 
Bu intriqa xeyli müddət davam etdi, məsələ böyüdü, Maliyyə Nazirliyi təzyiq kimi süründürməçiliklərə əl atdı, aylarla Müdafiə Nazirliyinə büdcədən ayrılan vəsaitlərin köçürülməsini yubatdı, əsgər və zabitlərin maaşlarının ödənilməsində problemlər yarandı, ən nəhayət bu intriqa dövlət başçısın bezdirdi, intriqa tərəflərindən biri kimi Fikrət Yusifovun əmri verildi. 
Fikrət Yusifov özü haqqında əmrin verildiyi gün bunlarla bağlı "Üç nöqtə" qəzetində dərc olunmuş araşdırmamı yəqin ki, unutmayıb".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam