Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Politbüro 2.0”:Putinin ən yaxın ətrafında kimlər var...

 

Rusiyada “Minçenko Konsaltinq” şirkətinin ekspertləri prezident Vladimir Putinin ən yaxın ətrafına daxil olan şəxslərdən ibarət qeyri-formal siyasi struktur-“Politbüro 2.0”  barədə hesabat yayıb.

Yenixeber.org: Hesabatın müəllifləri Rusiya elitasının nümayəndələri ilə çoxsaylı söhbətlər əsasında Putinin yaxın ətrafına kimlərin daxil olduğunu müəyyən ediblər. Bu siyahıda mühüm sahələrin və layihələrin kuratorları yer alır.

“Politbüro 2.0” dörd sütundan ibarətdir: nazirlər kabineti, prezidentin administrasiyası, Təhlükəsizlik Şurası və əsas dövlət korporasiyaları. Beləliklə, 2019-cu ildə bu qeyri-formal struktura aşağıdakılar daxil olublar:

                       Prezident Vladimir Putin

“Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov. Hesabat müəllifləri onu nüfuzuna görə ölkənin ikinci adamı hesab edirlər. Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Çemezov müdafiə və hərbi sənaye sahəsinə cavabdehdirlər. “Diplomatik alətlərin deqradasiyası” şəraitində isə Rusiya ordusunun əhəmiyyəti artır, nəticədə bu adamların da avtoriteti yüksəlir.

 

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev. Hesabat müəlliflərinin mövqeyinə görə, o, Amerika istiqaməti üzrə mühüm danışıqlara cavabdehdir, xüsusən də Qərblə münasibətlərin pisləşdiyi bir vaxtda.

Baş nazir Dmitri Medvedyev. O, milli layihələri şəxsən kurasiya edir.

Moskva meri Sergey Sobyanin. O, Moskva şəhərinin və ətrafının inkişafına cavabdehdir.

Biznesmen Arkadi Rotenberq. O, Krım körpüsünün tikintisinin başa çatmasından sonra mövqelərini daha da gücləndirib.

“Volga Group” şirkətinin əsasını qoyan Gennadi Timçenko. Şimal dəniz yolu layihələrini, o cümlədən Arktikada sıxılmış qaz terminalının tikintisini həyata keçirir.

“Rosneft”-in direktorlar şurasının sədri İqor Seçin.

Biznesmen, “Rusiya” bankının keçmiş rəhbəri Yuri Kovalçuk.

“Minçenko Konsaltinq” şirkətinin rəhbəri Yevgeni Minçenko hesab edir ki, “Politbüro 2.0” Putinin prezidentlik müddətinin sonuna-2014-cü ilə qədər “itib gedə bilər”. Bunun səbəbi iqtisadi situasiyanın pisləşməsi, hakim elita daxilində rəqabət, habelə nüfuzlu adamların özlərinin sağlamlığı ilə bağlı vəziyyət olacaq.

Minçenkonun fikrincə o zaman yeni “Politbüro 2.0”-a aşağıdakılar daxil ola bilər: “Sberbank”ın rəhbəri German Qref, Baş prokuror Yuri Çayka, Mərkəzi Bankın rəhbəri Elvira Naibullina, VTB Bank-ın rəhbəri Andrey Kostin, “Qazprom”un rəhbəri Aleksey Miller.

Hesabata əsasən Dövlət Dumasının sədri Vladimir Volodin “Politbüro 2.0”-da yer almır, 2019-cu ildə o Putinin ən yaxın çevrəsindən uzaqlaşıb. Çünki hakim partiyada və elitada mövqeləri zəifləyib.

Ekspertlər daha bir neçə oliqarxın Putinin ən yaxın çevrəsinə düşə biləcəyini təxmin edirlər. Onların arasında milyarderlər Leonid Mixelson, Vladimir Lisin, Vahid Ələkbərov, Vladimir Potanin, Əlişir Usmanov, Roman Abramoviç və digərləri də yer alır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam