Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Paşinyan hiddətləndi:"... get Facebook-da yaz ki, Paşinyan torpaqları satır"

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi barədə daha bir kəskin bəyanat verib.

Yenixeber.org:  Paşinyan onun hakimiyyətə gəlişinə qədər Dağlıq Qarabağ "hakimiyyətinin” münaqişəyə dair danışıqlar prosesinin detallarından və mahiyyətindən xəbərsiz olduğunu deyib. Paşinyanın sözlərinə görə, o Dağlıq Qarabağ rəhbərliyini ilk dəfə danışıqlara dair sənədlərlə tanış edib, əvəzində isə onlardan "torpaqları satmaq” barədə ittihamlar eşidib.

"Mən Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi ilə bir neçə dəfə görüşlər keçirmişəm və Qarabağ münaqişəsinin həllinə dair öz baxışlarımı çatdırmışam. Maraqlanmışam ki, onlar mənim baxışlarımla razıdırmı. Və aydın olub ki, hamı razıdır. Və bütün bunlardan sonra həmin masa arxasında oturan adamlar əlaltdan təxribatlara əl atır və deyirsə ki, bu hökumət torpaqları satır, o zaman məndə sual yaranır. Mən bu adamla məxfi söhbət eləmişəm ki, hansı addımlarla irəli gedəcəyik, sonra isə həmin adam çıxıb öz köməkçisinə deyir-get Facebook-da yaz ki, Paşinyan torpaqları satır? O nəyə görə bunu edir?”-Paşinyan Dağlıq Qarabağın qondarma "prezidenti” Bako Saakyanı və onun köməkçisi David Babayanı nəzərdə tutaraq deyib.
Ermənistanın baş naziri əlavə edib ki, Qarabağ danışıqlarına dair sənədləri qondarma rejimə ilk dfə o verib. Və o vaxta qədər onlar danışıqların predmeti barədə kursda olmayıblar.

"Mən beş dəfə soruşdum: siz danışıqların nə haqda aparıldığını bilirsinizmi? Məlum oldu ki, onlar kursda deyillər. Və bundan sonra onlar öz köməkçiləri vasitəsilə sosial şəbəələrdə antixalq hakimiyyəti haqda yazırlar? Nə üçün bunu edirlər?”-o sual edib.

Paşinyan bildirib ki, Ermənistanda həmin adamın (Bako Saakyanın) "xeyirxah dostu” hakimiyyətdə olanda o ümumiyyətlə danışıqlara dair informasiyaya malik deyildi. Və heç kim onu nə baş verdiyi haqda məlumatlandırmağı lazım bilmirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam