Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Qonşu qonşu olmasa...-Kim haqlıdır?

 Yenixeber.org: Redaksiyamıza Bakı şəh., Yasamal r-nu, Azad Mirzəyev küç., ev 69, zirzəmi mənzil 2 nömrəli ünvanda (keçmiş Qırmızı Şərq küç., ev 303, mən. 2) yaşayan Səfərova Sevil İbrahim qızının müraciəti daxil olub. Müraciəti müəyyən ixtisarla təqdim edirik:

 

                            Xahiş edirəm, haqq və ədalət təmin olunsun!

 

"MƏNİM QIZIM SƏFƏROVA EMİLYA RƏSUL QIZI I QRUP ƏLİLDİR, MƏNİM HİMAYƏMDƏDİR VƏ ONA QULLUQ EDİRƏM.

O, MÜLKİYYƏTÇİ OLDUĞUNA GÖRƏ İDDİA ƏRİZƏ İLƏ DÖVLƏT MƏHKƏMƏ ORQANI – YASAMAL RAYON MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETMİŞƏM. QIZIM SƏFƏROVA EMİLYA RƏSUL QIZI MƏNİM HİMAYƏMDƏ OLDUĞUNA GÖRƏ MƏHKƏMƏDƏ MƏN NÜMAYƏNDƏ QİSMİNDƏ İŞTİRAK EDİRƏM VƏ HAQLI MÜLKİ İŞİMİZİ MÜDAFİƏ EDİRƏM.

 

24.09.2018-ci il tarixdə Qırmızı Şərq küçəsi, ev 303, mənzil 5-də yeni ev sahibi cavabdeh Allahverdiyeva Sevda Firudin qızı oğlu ilə birlikdə mənzildə nəzərdə tutulmayan eyvan inşa etmək istəyirdilər, fəhlələrlə bizim 2 nömrəli mənzilin divarlarını ölçürdülər, kubikləri çıxarmaq istəyirdilər. Mən bu qanunsuzluğa öz etirazımı bildirdim. Ona görə ki, bizim məhəllədə, ünvan Qırmızı Şərq ev 303, 304, 324 mənzillərinin istismar müddəti bitmişdir və köhnədir. Onlar hətta 5 nömrəli mənzildə divarları özbaşına sökmək istəyirdilər ki, birinci layihədən kənar olsun.

Mən dəfələrlə şikayət etdim, 1 saylı "Jek" rəisi Vüqar İmanova, mühəndis Salman Məhərrəmova və texnik Yaşar Əhmədova, FHN-nin “112” Xidmətinə, DİN-nin “102” Xidmətinə və Yasamal Rayon İcra Hakimiyyətinə ki, biz əlillərə kömək etsinlər. Bizim mənzil qəzalı vəziyyətə düşüb. 1 saylı "Jek" əməkdaşları dəfələrlə bizim 2 və 5 nömrəli mənzilə baxış keçirsələr də, fotoşəkillər çəksələr də mənə akt tərtib edib vermədilər ki, məhkəmə orqanına müraciət edim. Üst mərtəbədə yerləşən 5 saylı mənzildə fəhlələr ağır lomla, kvaltla vanna-hamam otağının trap-metlaxını sındırırdılar, ikiotaqlı mənzildə lepkaları lomla sındırırdılar, nəticədə bizim 2 nömrəli mənzilə tavandan beton qırıqları sınıb düşürdü. Tavanda, divarlarda çox sayda çatlar əmələ gəldi. Hal-hazırda bizim mənzil qəzalı vəziyyətə düşüb. 1 saylı Jek əməkdaşları Məhərrəmov Salman, Əhmədov Yaşar dəfələrlə baxış keçirsələr də, sübutları fotoşəkillərə çəksələr də, şahid olsalar da mənə akt tərtib etmədilər, ona görə ki, tələb etdikləri pulu vermədim. 1 saylı "Jek"in texniki Yaşar Əhmədovun göstərişi ilə Allahverdiyeva Sevda Firudin qızı və oğlu məni dəfələrlə təhqir ediblər, hətta zorakılıq cəhdi göstərdilər, məni hədələyirdilər.

Mən də olan sübutları toplayıb 12 noyabr 2018-ci il tarixdə dövlət orqanı məhkəməyə iddia ərizəmlə müraciət etdim. Ərizəmdə dörd cavabdeh qeydə aldım.

– Allahverdiyeva Sevda Firudin qızı, 1 saylı "Jek" rəisi Vüqar İmanov, mühəndis Salman Məhərrəmov, texnik Yaşar Əhmədov və maddi ziyanı qeyd etdim.

Cavabdeh Sevda Allahverdiyevanın vəkili 22 saylı Vəkillər bürosunda çalışan Əlirzayev Tahir Qafar oğlu məhkəmə iclasında ilk çıxışında özbaşınalığa, qanun pozuntusuna yol verib keçmiş hakim Sərdar Mehrəliyevə məhkəmə zalında gəzişərək işarələr edirdi ki, onun bəyan etdiyini hakim təsdiq etsin. Hətta DİN-nin “102” Xidmətinin “1 qəpiklik” olduğunu bəyan etdi. Dəfələrlə mənim üstümə səbəbsiz, yüksək tonla qışqırdı, danışmağa qoymurdu.

Yasamal rayon məhkəməsinin hakimi Emin Mehdiyev, şəxsiyyəti gizli qalan köməkçisi, məhkəmə ekspert mərkəzinin eksperti Ələsgər Mirzəyev, FHN DLİ-nin direktoru Elçin Quliyevin imzasına, möhürünə işçisi Emil Əsədullayevi bizim haqlı mülki işimizə cəlb etdilər ki, yalanlarla 19.02.2019 və 19.03.2019-cu il tarixli rəylər qeyd olunsun ki, sonra həmən yalan rəylərdən Yasamal rayon məhkəməsinin hakimi Emin Mehdiyev bizə qarşı qətnamə çıxarsın.

Məhkəmə eksperti Ələsgər Mirzəyev 04.02.2019-cu il tarixdə baxış zamanı bizim 2 nömrəli mənzildə sübutları, çəkdiyi fotoşəkilləri qəsdən tərtib etdiyi 19.03.2019-cu ildə qeyd etmədi. O, hətta rəydə 2-ci vərəqdə 5 nömrəli mənzildə nəzərdə tutulmayan eyvanı da qeyd etdi. Halbuki 5 nömrəli mənzildə eyvan heç vaxt nəzərdə tutulmayıb və olmayıb. FHN DLİ-nin tərtib etdiyi rəydə 19.02.2019-cu ildə işçi Emil Əsədullayev yalanla qeyd edib ki, guya 5 nömrəli mənzildə cari təmir işləri aparılıb, divar kağızları dəyişdirilib və döşəmələr laklanıb. Mülki işə əlavə etmişəm sübutları, fotoşəkilləri, tarixi, lakin məhkəmə eksperti Ələsgər Mirzəyev və Yasamal rayon məhkəməsinin hakimi Emin Mehdiyev tərəfindən nəzərə alınmayıb. Belə tapşırılan 19.02.2019 və 19.03.2019-cu il tarixli rəylərlə yalanlarla qanunsuz qətnamə çıxarılıb, 18.04.2019-cu ildə.

Yasamal rayon məhkəməsinin hakimi Emin Mehdiyev, şəxsiyyəti gizli qalan köməkçi, FHN DLİ-nin direktoru Elçin Quliyev, əməkdaş Emil Əsədullayev, məhkəmə ekspertiza mərkəzinin eksperti Ələsgər Mirzəyev qanun pozuntusuna yol veriblər.

Biz əlillərin hüquqlarını kobud surətdə pozublar, hakim Emin Mehdiyev maraqlı olduğuna görə mülki işə əlavə etdiyim sübutları qəsdən nəzərə almayıb. Mən qanunsuz yalanlarla tərtib olunan 18.04.2019-cu il tarixli qətnamədən Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm və yalanlarla tərtib olunan qətnamənin ləğv olunmasını, bizə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişəm.

Mən inanıram ki, mülki işdə əlavə etdiyim sübutlar nəzərə alınacaq, haqq və ədalət bərpa olunar.

Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm".

                                                                  ***

Redaksiyadan: Biz məlum qanun və prinsiplərə üyğun olaraq yazıda adı yer alan Vüqar İmanovun da mövqeyini öyrənə bildik. Vüqar müəllim olaydan xəbərdar olduğunu və səslənən ittihamların böhtan olduğunu bildirdi: " Artıq illərdir ki, Sevil Səfərovanın belə əsassız əməllərinin şahidiyik. Baxmayaraq ki, bu şəhəcikdə ona olan diqqət və qayğı ikinci şəxsə olmayıb. Belə yalançı əməlləri ilə bütün qonşularını təngə gətirib. Hətta onun üzündən evini satıb gedən qonşuları da olub. 

İndiki şikayəti də əsassızdır. Sadəcə qonşusu evində xırda təmir işləri aparıb. Bizim əməkdaşlar da, digər dövlət qurumlarının əməkdaşları da mənzilə baxış keçiriblər. Onun dediklərində həqiqətdən əsər-əlamət yoxdur. Nə istədiyi, niyə istədiyi də bəllidir. Müraciət etmədiyi dövlət qurumları yoxdur. Həm də dəfələrlə".

Vüqar İmanov sonda Sevil Səfərovanı bu kimi böhtanlarına görə məhkəməyə verəcəyini də bildirdi: "Artıq onun cəfəng əməllərindən normal iş rejimimiz də pozulur. Zamanımız boşuna xərclənir. Bu səbəblərdən də qarşıdakı günlərdə Sevil Səfərovanı məhkəməyə verməyi düşünürəm".

Yazıda daları yer alan digər tərəfləri də dinləməyə hazırıq. 

 

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam