Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məhkəmə sədri qardaşı uşaqlarını müdafiə etməklə qarşı tərəfi intihar həddinə çatdırdı - ŞOK İDDİA

Nizami rayon məhkəməsinin sədri qardaşı uşaqlarını müdafiə etməklə qarşı tərəfi intihar həddinə çatdırdı-iddia

 

Xeberinfo.com:   Azerbaycaninfo.az-n redaksiyasına Hüseynov Vüsal Fazil oğlu tərəfindən şikayət daxil olub. Vüsal hüseynov iki ilə yaxındır Xətai rayonu Telnov-2 də yerləşən "Aysu" restoranını almaq istərkən məhkəmə sədrinin qardaşı uşaqlarını müdafiə etməklə onu intihar həddinə gətirdiyinin ictimailəşdirilməsini bizdən xahiş edir. Məhkəmə materiallarından məlum olur ki, bir mənalı formada qarşı tərəf Vüsal hüseynovu aldatmaqla onun pulunu geri qaytarmaq istəmir.
Vüsal hüseynov bildirir ki, Pərvin Əkbərova (Əkbərzadə Sevda Aydın qızı) ilə görüşməmiş, onunla borcla bağlı danışıq aparmamışdır. Yalnız həmin qadına məxsus qeyri yaşayış sahəsinin alınması ilə bağlı onun nümayəndəsi olan Elnur Əkbərovla danışıq aparmışdır. Elnur Əkbərovla aralarında beh müqaviləsi olmuşdur, sonra Elnur Əkbərovun təqsiri üzündən danışıqları pozulmuş. Elnur Əkbərova hörməti olduğundan behi ikiqat tələb etməmiş, yalnız kredit müqaviləsi bağlamışlar. O, mübahisə ilə bağlı əvvəl bir dəfə məhkəməyə müraciət etmiş. 25 iyul 2015-ci il tarixdə Elnur Əkbərovun anası ona 85.000 manat pul qaytarmış, qalan pulu qaytarmağı isə Elnur öhdəsinə götürsə də hal-hazıradək qaytarmamışdır. Notariat kontorunda saxlanılan kredit müqaviləsinin arxasında və cavabdeh tərəfin təqdim etdiyi qəbzdə pulun bir hissəsinin qaytarılması, qalan hissəsinin qaytarılacağı ilə bağlı öhdəlik götürülməsi barədə olan əlyazmalar və ad-soyadı qarşısında olan imzalar Vüsal Hüseynovun tələbinin doğru olduğunu təsdiq edir. Həmin öhdəliklərə görə qalan pullar da Elnur Əkbərov tərəfindən qaytarılmalı olsa da, mövcud şəraitdə kredit müqaviləsi Pərvin Əkbərovanın adına bağlandığından pulun həmin şəxsdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır.
Hətta, Elnur Əkbərovun anası da Vüsal Hüseynovun tələbinin doğru olduğunu aşağıdakı izahatında təsdiq edərək üzərinə öhdəlik götürür. “Mən Əkbərova Niyar Həsən qızı etiraf edirəm ki, 11.12.2014-cü il tarixdə oğlum Əkbərov Elnur Mikayıl oğlu vətəndaş Əkbərova Pərvin Aydın(Əkbərzadə Sevda Aydın qızı) qızının adından vətəndaş Hüseynov Vüsal Fazil oğlu arasında bağlanmış beh müqaviləsində qeyd olunmuş 110 min pul məbləğinin və 8.1 0.2014-cü il tarixdə 24 saylı notariat kontorunda kredit müqaviləsində qeyd olunmuş borcdan ümumilikdə hər iki müqavilə üzrə 260 manat pul borcunun olduğunu təsdiq edirəm. Eyni zamanda Hüseynov Vüsal Fazil oğluna ümumi borcdan 140 min AZE manat ödədim. Kredit üzrə borcumuz 10 min, beh müqaviləsi üzrə 110 min borcumuz qaldı. Əlavə olaraq bildirirəm ki, Vüsala olan borcdan (120 min) 60 min manat mənim tərəfimdən ödəniləcəkdir. Xüsusilə qeyd etmək istəyirəm ki, qeyri-yaşayış sahəsi üzrə qoyulmuş qadağalar aradan qaldırıldıqdan sonra notarius kontoruna Hüseynov Vüsal Fazil oğlunun iştirakı ilə həbslə bağlı yoxlanıldıqdan sonra həmin 60 min manat dərhal ödəniləcəkdir. Bu şərt mənim tərəfimdən pozulsa, bizim danışıqlar etibarsız hesab ediləcəkdir. 25.07.2015 imza: Əkbəmbərova N.H
Vüsal Hüseynov bildirir ki, Faktlar kifayət qədər olsa da Nizami rayon məhkəməsi bizim haqlı tələbimizi təmin etmədi. Görünür Nizami rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərov qardaşı oğlu Elnur Əkbərovu müdafiə etməklə Azərbaycan dövləti adından çıxardığı qərar qohumluqdakı sədaqəti bir daha təsdiq etdi. Şikayətçi bildirir ki, biz məsələni belə qoymayacağıq cənab Prezidentin qəbuluna düşməli olsa belə bunu edib haqlı ola-ola Məhkəmə tərəfindən haqsız çıxarıldığımız barədə məlumat verəcəyik. Sonuncu qətnaməyə imza atan Məzahir Sadıqov bir daha sübut etdi ki, o da çirkin oyunların iştirakçısıdır. Şikayətçinin sözlərinə gör, Əkbərovlar o qədər şər yaxan adamlardırlar ki, telefonla belə zəng edib pulu istərkən "102" xidmətini yığıb dəfələrlə bizi şantaj ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam