Milyonlarla pulu ölkədən necə çıxardılar? Necə qazandılar? Vergi ödənildimi? -FAKTLAR
Azərbaycan Beynəlxalq Universitetinin keçmiş fırıldaqçı rektoru Elşad Abdullayev və qayınatası “akademik” Hüseyn Əhmədov 2006-2007-ci illərdə Azərbaycandan 10 milyon dollar pulu gizli şəkildə çıxarıblar.
Yenixeber.org: Aldığımız məlumatlara görə, akademik Hüseyn Əhmədovun oğlu Mustafa Əhmədov uzun illər ərzində Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti – MTN-də işləyib, milyonlarla dolların Azərbaycandan çıxarılması üçün pul qarşılığında həmkarları ilə gizli razılaşma əldə ediblər.
Elşad Abdullayev və qayınatası Azərbaycandan çıxardıqları 10 milyon dollara 2007-ci ildə Çexiyanın Karlovı Varı şəhərində "Emerald Plus İnternational" şirkətlərini alıb və hamıdan gizli saxlayıb.
Şirkətlər Elşad Abdullayevin həyat yoldaşı 20.08.1964-cü il təvəllüdlü Reyhan Abdullayevanın (Hüseyn Əhmədovun qızı) qızı 30.09.1988-ci il təvəllüdlü Aynur Abdullayevanın, Hüseyn Abdullayevin həyat yoldaşı 25.10.1935-ci il təvəllüdlü Sayalı Abdullayevanın, qızı 05.07.1968-ci il təvəllüdlü Aytən Əhmədovanın və Elşad Abdullayevin qayınatası 17.07.1924-cü il təvəllüdlü akademik Hüseyn Əhmədovun adına rəsmiləşdirilib.
Hətta şantajçı Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti Elşad Abdullayev Parisdə Rusiya kəşfiyyatında işləyən oğlu Elşən Abdullayevin adına əlavə iki şirkət açıb və bunu da hamıdan gizli saxlayıb.
Sənədlərə görə, "Emerald Plus İnternational" şirkətləri 11.10.2007-ci ildə Praqada Bakının S.S. Axundova 8/36 ünvanı ilə qeydiyyatdan keçib, AR N044589 nömrəli lisenziya alıb.
"Emerald Plus İnternational" şirkətlərinin 31 oktyabr 2017-ci il tarixli maliyyə hesabatına əsasən şirkətin bütün aktivləri 14 milyon 141 min 159 manat və ya 18,4 milyon dollar olub.
Hüseyn Abdullayevin digər qızı Aytən Əhmədova 1968-ci ildə anadan olub. Praqada çox sayda şirkəti var. "Emerald Plus İnternational" şirkətləri 11.02.2016-cı il tarixindən etibarən fəaliyyət göstərir.
Qeydiyyat ünvanı: Ondrejska 108-11 360 01 Karlovı Varı
Şirkətin 1 oktyabr 2018-ci il tarixli maliyyə sənədlərinə əsasən, qarışıq aktivlərin həcmi 10 milyon 495 min 464 manatdır. Bu əmlaka 10 milyon 586 min 380 lirə investisiya qoyulub.
Əldə etdiyimiz məlumatlara görə, Elşad Abdullayev və Hüseyn Əhmədov qazanılan puldan davamlı olaraq Avropadakı erməni daşnaq siyasi təşkilatlarına 130 min avro məbləğində yardım ediblər.
Azərbaycan əsilli professor Elşad Abdullayev 2009-cu ildə Moskvada ermənilərlə gizli biznes yaradıb və oradakı mülklərindən birini böyük məbləğ qarşılığında ermənilərə kirayə verib. Ermənilərlə kirayə və biznes razılaşmasını “fırıldaqçı professorun” oğlu Elşən Abdullayev imzalayıb. Milyonlarla dollar gəliri olmasına baxmayaraq, fırıldaqçı professor Fransız hökumətindən hələ də sosial təminat alır!
Elşad Abdullayevin baldızı Aytən Əhmədova və Hüseyn Əhmədov Azərbaycana qarşı təxribat aparmaq üçün hər il Rusiyadakı qaranlıq fondlara 50 min avro pul yardımı ediblər. Hadisə böyüyüb sənədlər internetdə yayılanda fransız polisi bunu araşdırmağa başlayıb. Facebook şirkətinin Vaşinqton ofisi Elşad Abdullayevin Rusiya kəşfiyyatı ilə gizli əlaqələrini öyrənəndə onun profillərini bağlayıb.
Bu hələ şirkətlərin hamısı deyil. Elşad Abdullayevin arvadının, oğlunun, qaynının, qızının Fransada və Moskvada çox sayda şirkəti var.
Azərbaycan təhlükəsizlik təşkilatları hazırda orada olan Hüseyn Əhmədov və onun qohumlarını istintaqa cəlb etməlidir.
Milyonlarla pulu ölkədən necə çıxardılar? Necə qazandılar? Vergi ödənildimi?
Elşad Abdullayev və Hüseyn Əhmədov qohumlarının gəlirlərini sübut edə bilməsələr, Azərbaycan tərəfi Hüseyn Əhmədov və onun qohumlarının Karlovı Varıda alınan "Emerald Plus İnternational" şirkətlərini əlindən ala bilər.
AzNews.az