Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Fitch Ratings”dən Beynəlxalq Bankla bağlı açıqlama

 

Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərinin satılmasının planlaşdırılması və bankın sonrakı özəlləşdirilməsi (“BB”/”Stabil”/b-” proqnoz) onun kredit qabiliyyətinə və reytinqinə mötədil müsbət təsir edə bilər.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
Agentliyin analitikləri aktivlərin satılması və özəlləşdirmə barədə əlavə məlumat aldıqdan sonra bankın reytinqlərinin təhlilini aparacaq.
Məlumatda deyilir: “Faktiki nəticələr ilk növbədə, problemli aktivlərin satış həcmindən, yəni bu prosesin yekununda bankın aktivlərinin keyfiyyətinin nə qədər yaxşılaşdırılmasından və kapitallaşmasından, özəlləşdirmədən sonra dövlət, yeni səhmdar (səhmdarlar) və bank arasında münasibətlərdən, onun mümkün dövlət dəstəyinə necə təsir edə biləcəyindən asılı olacaq”.
Agentliyin analitikləri hesab edirlər ki, əgər ABB xalis balans dəyəri (və ya ona yaxın) üzrə qiymətdən düşmüş və yüksək riskli aktivlərin əsas hissəsini sata bilsə, bu, bankın davamlılıq reytinqinin (hazırda bu reytinq “b-” səviyyəsindədir) artmasına gətirib çıxara bilər: “Hazırda davamlılıq reytinqi ilk növbədə bankın zəif kapitallaşmasını və aktivlərin keyfiyyətini əks etdirir. Eyni zamanda satılacaq konkret aktivlər, onların həcmi və sövdələşmə qiymətləri üzrə qeyri-müəyyənlik qalır”. /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam