Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Direktorun ölüm müəmması -Cəlilabad

image here

Sorğumuzu DİN və Baş Prokurorluq cavablandırdı...
“Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib. Məlumata görə, mərhum dünən (bazar günü) günorta saatlarında vəfat edib. Onun meyiti isə dünən gecə saatlarında aşkar edilib. İlkin məlumata görə, muzey direktoru ürəktutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

Yenixeber.org:  Mərhumun yaxınları isə bu ölümdə şübhəli məqamların olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, 64 yaşı olmasına baxmayaraq, Ağayar Nəsirov çox sağlam adam olub və səhhətindən heç bir şikayəti olmayıb. Ona görə də müəyyən şübhələr dolaşır. Bu hadisəyə münasibətini öyrənmək üçün Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr deportamentinin rəis müavini, polkovnik leytenant Orxan Mənsurzadə ilə əlaqə saxladıq. O.Mənsurzadə hadisə barədə bunları bildirdi: “Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ağayar Nəsirovun iş yerində meyiti tapılıb. İlkin baxış zamanı onun ölümünə səbəb ola biləcək heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Verilən məluamat görə A.Nəsirov beyninə qansızmadan vəfat edib. Bu barədə qohumları da bildiriblər ki, bunundan qan açılıb. Yəqin ki, tam dəqiq məlumat məhkəmə-tibb ekspertizasının rəyindən sonra məlum olacaq. Hələlik məlumat bu qədərdir. Bir az ətraflı məlumat öyrənmək üçün yaxşı olar ki, prokurorluq orqanları ilə əlaqə saxlayasınız”.

Orxan müəllimə təşəkkür edib, Respublika Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb, hadisə barədə daha dəqiq məlumat almaq istədik. E.Sultanov hadisə barədə belə məlumat verdi: “Özümə dost-qardaş bildiyim “Təzadlar”ın sorğusuna cavab olaraq bunları deyə bilərəm. Həmin faktla əlaqədər rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır. Hadisə yerinə baxış keçirilməklə meyit məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə olunmuşdur. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Hazırda muzeyun əməkdaşları, mərhumun qohumları və digər şəxslərin izahatlarının alınması istiqamətində zəruri prosessual hərəkətləri həyata keçirilir”.

Biz də inanırıq ki, hüquq mühafizə orqanları obyektiv araşdırma apararaq, nəticəsi barədə ictimaiyyətə də geniş məlumat verəcək ki, mərhumun qohumlarında heç bir şübhəyə əsas olmasın. (Təzadlar)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam