Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Novxanıda villadan yıxıldı, “Semaşka”da öldü!

       

 

   

                       Villa sahibi hadisəni ört-basdır etməyə çalışır

 

      “Xeberinfo.com”: Redaksiyamıza ölümlə nəticələnən hadisə ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda xüsusi ilə diqqətçəkən məqam hadisənin ört-basdır edilməsinə cəhdlə bağlıdır. Belə ki, məlumata görə hadisə bu il iyul ayının 17-də Abşeron rayonu Novxanı qəsəbəsində məşhur bir iş adamına məxsus (Hələlik adının açıqlanmasını uyğun bilmirik) villada baş verib: villanın təmiri zamanı orada fəhlə kimi çalışan Salyan rayon sakini Rzayev Orxan Ağayar oğlu yüksəklikdən yıxılıb və ağır travma ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. 15 günlük müalicə nəticəsiz qalır və avqust ayının 2-də Orxan xəstəxanada vəfat edir.

Hadisə ilə bağlı məlumatlı şəxsin “xeberinfo.com”a verdiyi məlumata görə villanın sahibi ciddi-cəhdlə faktın ört-basdır edilməsinə çalışır. Məlumata görə o hquq-mühafizə orqanları ilə “dil tapmağa” çalışmaqla yanaşı, mərhum Orxanın atası Ağayar Rzayevə də minnətçi düşüb... Son məlumata görə mərhumun atası iş adamının “qan pulu” təklifini rədd edib.

    Biz məlumatı dəqiqləşdirmək istiqamətində ilkin olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin müavini Adil Salahovla əlaqə saxladıq. Bizimlə telefon söhbətində baş həkimin müavini faktı təsdiqlədi, bildirdi ki, həqiqətən də bu il iyul ayının 17-də Rzayev Orxan Ağayar oğlu ağır travma ilə xəstəxanaya daxil olub və avqustun 2-də vəfat edib.

    Abşeron Rayon Polis Şöbəsindən də faktı təsdiqlədilər və bildirdilər ki, hadisədə kriminal detal olmadığından, işi rayon prokurorluğu araşdırır.

    Təəssüf ki, məlumatı Abşeron Rayon Prokurorluğu ilə dəqiqləşdirə bilmədik. Bu istiqamətdəki cəhdlərimiz hələ ki, nəticə vermir.

 

 

    İman 

 

      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam