POROŞENKONUN BATAN GƏMİSİNDƏN QAÇAN SİÇOVULLAR:deputatlar, administrasiya məmurları, paqonlular – Araşdırma
Andrey Rezçikov, Mixail Moşkin
vzqlyad.ru, 17.04.2019
Poroşenkonun silahdaşları öz liderlərini tərk etməyə başlayıblar. Yerli ekspertlər qeyd edirlər ki, Donbasın keçmiş qubernatorunun atdığı “Gəmi batanda siçovullar qaçır… Hamı fikrini dəyişir” ibarəsi həqiqətə bənzəyir. Poroşenko administrasiyasının bir neçə yüksəkməqamlı əməkdaşı artıq öz yerini tərk edib. Qaçqınlar sırasında növbəti adamlar kimlərdir və ən kütləvi qaçış hansı günə təyin olunub?
Yenixeber.org: Donetsk vilayətinin keçmiş qubernatoru Sergey Taruta (Maydandan dərhal sonra ora təyin olunub və 2014-cü ilin oktyabrına qədər vəzifədə olub) bildirib: Ukraynada aprelin 21-də ikinci turda Poroşenkonun qələbəsinə heç kim inanmır. “Bəllidir ki, gəmi batanda siçovullar qaçır, – Taruta qeyd edib. – Bu, indi Poroşenkonun komandasında baş verir. Hamı fikrini dəyişir, onun qələbəsinə heç kim inanmır. Hətta paqonlular da ərizə yazırlar”.
Keçmiş qubernatorun açıqlamasını əsassız adlanrımaq çətindir. Ukrayna prezidenti administrasiyası başçısının müavini, xüsusi xidmətlərə sorumlu olan general-leytenant Valeri Kondratyuk istefa verib. Özü də Kondratyuk qapını çırparaq gedib: fəaliyyətdə olan prezidentin özünü “Ukraynanın təkbaşına müdafiəçisi” saydığı ittihamı ilə Poroşenkonun adına ərizə ilə gedib.
Həftənin başlanğıcında baş hərbi prokuror Anatoli Matiosun xaricə qaçdığı haqda (sonradan təkzib edilən) şayiələr yayılıb. Ukrayna mətbuatı praktik olaraq əmindir ki, prezident administrasiyası başçısının müavini Aleksey Filatov öz vəzifəsindən gedib. O, Kondratyukdan fərqli olaraq qalmaqal təşkil etməyə başlamayıb – sadəcə, məzuniyyətə gedib və indi Bank küçəsində Poroşenkonun administrasiyasında məmurun komandaya qayıtmayacağı haqda qeydləri təkzib etməyə məcburdurlar. Kiyev Cəmiyyətin Transformasiyası İnstitutunun direktoru Oleq Soskin “Vzqlyad”qəzetinə şərhdə etiraf edib: “Ən qabaqcıllar gediblər”. Onun fikrincə, bütün bunlar xüsusi xidmətlərin kuratoru Kondratyuku “boğaza yığıb”, Filatov isə, sadəcə, “hesablamağı bacarır”.
Soskin əmindir ki, öz vəzifəsindən qaçacaq növbəti yüksəkməqamlı məmur baş prokuror Yuri Lutsenko olacaq. Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğunun başçısı artıq “Poroşenkonun tapşırıqlarını yerinə yetirmir” ki, bu da Nadejda Savçenkonun faktiki azadlığa çıxacağını göstərir.
Və qeyd edək ki, bu, Savçenko və Donbas üzrə keçmiş danışıqçı Vladimir Rubanın (həbsdən də azad olunub), nə az, nə də çox, Ali Radaya hücum və hətta Poroşenkonu öldürməyə hazırlıqda ittiham edildikləri bir vaxtda baş verir. Poroşenkonun ən yaxın silahdaşı və kirvəsi, baş prokuror Lutsenko artıq öz şefinə qarşı qeyri-loyaldırsa, onda fəaliyyətdəki prezidentin işləri, həqiqətən, pisdir.
“Ali Radanın majoritarçı deputatlarının nə vaxt qaçacağını gözləmək laızmdır – Soskin güman edir. – Yəqin ki, onlar buna artıq hazırlaşırlar. “Pyotr Poroşenko Bloku”ndan Poroşenkonun artıq ona lazım olmadığını deyən xalq deputatı Aleksey Qonçarenko haqda məlumat var idi… Ola bilsin, feykdir, ola bilsin, deyil. Prezident administrasiyasındakı məmurlar isə düşünürlər ki, yerlərini dəyişəcək və fərq etməz, kiməsə gərək olacaqlar. Onlar zombiləşmiş kimi sonadək gözləyirlər”.
Aleksey Qonçarovun özü “Vzqlyad” qəzetini inandırıb ki, prezident seçkilərinin nəticələrindən asılı olmayaraq heç hara getmək niyyətində deyil. Deputat bildirib: “Hətta Oleq Soskinin kim olduğunu da bilmirəm. Görünür, çox da savadlı politoloq deyil. Bütün bunlar fitnəkarlığa bənzəyir”.
Media eksperti Anatoli Şari də şühbə edib ki, deputat Qonçarenko “yeni hakimiyyətə sarı” qaçmağa cəhd edər. Şari “Vzqlyad” qəzetinə deyib: “İstənilən halda Qonçarenkonun sonudur. O, heç bir sürüyə qarşı a bilməz. Sona kimi Petya (Poroşenko) ilə olacaq. Ola bilsin, kimsə onu İspaniyaya götürər və öz iti kimi budkaya yerləşdirər”.
Media eksperti bütünlükdə razıdır ki, söhbət Poroşenkonun komandasından kütləvi qaçışdan gedir. Şari “Vzqlyad”qəzetinə söyləyib: “Sürü halında qaçırlar. Artıq yeni hakimiyyətə necə yol axtardıqlarını bilirik. Dövlət mühafizə idarəsinin rəhbərliyi ehtimal olunan yeni rəislə danışıqlar aparır. Ona iyirmi mənzil və 500 min dollar kimi dəbbə parası təklif edilir. Mən bu məlumatı səsləndirmişəm”.
O, yada salıb ki, Ukraynanın bəzi məmurları İsrailə uçublar. “Hakimiyyəti itirməklə azadlıqdan məhrum olacağı və dustaq evi çarpayısına qayıdacağını anlayaraq hakimiyyətdə qalmaq imkanı arayan” baş prokuror Lutsenko da onların içində olub. Xatırladaq ki, indiki baş prokuror 2012-ci ildə səlahiyyəti aşmaq və vəzifə məqamından yararlanmaqla oğurluğa görə 4 il azadlıqdan məhrum edilməyə məhkum olunub; 2013-də Yanukoviçin qərarı ilə əfv olunub, Maydandan sonra siyasi təqiblərin qurbanı kimi tam bəraət alıb.
Şari hesab edir: “Məmurların qaçması tamamilə obyektiv və normaldır”.
O, yada salır ki, deputat Mustafa Nayem qabaqlar Pyotr Poroşenko Blokundan çıxmaq haqda ərizə yazıb. Şari yekunlaşdırır: “Nayem bir belə nəyi gözləyirdi? “Pyotr Poroşenko” Blokundan çıxmaq istəyirsən, çıx, sabitqədəm ol, Ali Radadan çıx. Bir sıra başqa maraqlı vətəndaşlar, məsələn, Svetlana Zalişuk (deputat kimi) Anatoli Qritsenkodan yapışıb. Sergey Leşenko ciddi-cəhdlə Zelenskinin komandasına girməyə çalışır. Onlar PPB-də olan ən təhlükəli adamlar deyillər. Məndəki məlumata görə, PPB sərt müxalifətə keçmək niyyətindədir. Onlar, sadəcə, qaça bilməzlər. Zelenskinin komandasında cızıq var – kemiş adamları götürməmək, amma artıq bir neşə keçmiş adam ondan yapışıb”.
Kiyev Siyasi Araşdırmalar və Münaqişəşünaslıq Mərkəzinin direktoru Mixail Poqrebinski durumu daha təmkinlə dəyərləndirir. Onun fikrincə, keçmiş qubernator Taruta adamların Poroşenkonun çevrəsindən kütləvi gedişini şişirdir. Ekspert “Vzqlyad” qəzetinə deyib ki, bu hadisəni “ellik” adlandırmaq yersizdir.
Poqrebinski əlavə edir – amma qarşıdakı 21 aprel seçkilərində Pyotr Poroşenkonun qələbəsinə, doğrudan da, az adam inanır. Ekspert yekun vurur: “Və həqiqətən də, artıq qaçan ciddi adamlar var. Adamların bir qisminin Poroşenkonu atdığını deməyə də əsas var”.
Özəlliklə söhbət UTX-dən (Ukrayna Təhlükəsizlik Xidməti-red.) hansısa istefalardan gedir.
“Bazar gününü gözləmək lazımdır, – Soskin proqnoz verir. – Poroşenko qanlı fitnəkarlıq törətməzsə, bax, onda bu kütləvi qaçışı görəcəyik. Ən maraqlı hadisələr ekzitpollar car çəkiləndən sonra başlanacaq”.
Həmsöhbətimizin fikrincə, Ukraynada indiki durum oxuculara və teletamaşaçılara “Baharın on yeddi anı”ndan yaxşı bəlli olana bənzəyir – Hitlerin qurduğu dövlət maşını son anadək işləyib. Politoloq hesab edir: “Poroşenko çox qəddar maşın yaradıb. O hələ də işləyir. Amma ekzitpolların məlumatları bəlli olanda məmurlar Poroşenkoyaçirkab atmağa, tövbə etməyə, bir-birini satmağa başlayacaqlar”.Tərcümə: Strateq.az