Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcəyik” -Meksika prezidenti

Meksika prezidenti: “ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcəyik”

 

 

Meksika hökuməti  ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək.
 
Xeberinfo.com:   RİA Novosti agentliyinə istinadən xəbərə görə, bunu Meksika prezidenti Enrike Penya Nyeto bəyan edib.
 
“Meksika divarlara inanmır. Meksika ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək”, deyə dövlət başçısı bildirib.
 
Ötən gün ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini yenidən təsdiqləyib. “Meksika ilə sərhəddə divarın tikilməsinə bir müddətdən sonra başlanılacaq. Meksika divarın xərclərini 100% ödəyəcək. Onlar hələ ki, bunu bilmirlər, amma onlar divarın xərclərini ödəyəcəklər”, deyə D.Tramp qeyd edib.
 
Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam