Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib...-Sensasion faktlar üzə çıxdı

 

Fransada prezident Emmanuel Makronun “İrəli, respublika!” partiyasının təhlükəsizlik xidmətinin keçmiş şefi Vensen Kraz Kremlə yaxın rusiyalı milyarder İsgəndər Mahmudovdan yüz minlərlə avro alıb. Bu məlumat “Mediapart” adlı fransız internet-nəşrində dərc edilmiş araşdırmada yer alır.

Yenixeber.org: Jurnalistlər müəyyən ediblər ki, Vensen Kraz İsgəndər Mahmudovun və onun yaxınlarının Fransadakı daşınmaz əmlaklarını qorumağa razılaşıb. Bu əmlaklar Monako, Lüksemburq və Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətlərin adına alınıb.

Razılaşmaya əsasən bu xidmətin əvəzində rusiyalı oliqarx-milyarder 300 min avroya yaxın pulu “Mars” firmasının hesabına köçürüb. Həmin firma Emmanuel Makronun 2017-ci il prezident seçkilərində qələbəsindən dərhal sonra yaradılıb. Kraz firmanın yeganə səhmdarıdır.

 

Vensen Kraz 2018-ci ilin yayında vəzifəsindən azad edilib və həbs olunub. Buna səbəb “Le Monde” qəzetinin dərc etdiyi və videomüşahidə kameralarından götürülmüş kadrlar idi. Həmin kadrlara əsasən Kraz Makronun təhlükəsizlik müşaviri Aleksandr Bennalla birlikdə 1 may mitinqinin iştirakçılarını döyür.

İsgəndər Mahmudov isə özbək əsilli rusiyalı milyarderdir, “Forbes”in siyahısına əsasən Rusiyanın ən zəngin adamlarından biridir və 7.3 milyard dollarlıq sərvətə malikdir. O, Ural dağ-mədən kombinatının sahibidir. Biznesmenin Avropadakı “rus mafiyası” ilə əlaqələrinin olduğu barədə iddialar var.

Belə ki, Mahmudovun adı İspaniyada “rus mafiyası”ına qarşı təhqiqatlarda bəzi digər rusiyalı oliqarxlarla və yüksək vəzifəli məmurlarla yanaşı çəkilirdi.

Altı il əvvəl isə Mahmudov kriminal dairərlələ əlaqəli olan biznesmen Mixail Çernıya 200 milyon dollar ödəmişdi. Analoji məbləği ona aliminium kralı Oleq Deripaska da ödəyib, biznesmen pulun  mafiya tərəfindən “krışa” ilə təmin edilməsinin əvəzində ödənildiyini bildirib. Daha sonra Mixail Çernıy London məhkəməsinə müraciət edərək keçmiş “biznes partnyorları”  Deripaska və Mahmudovdan təzminat tələb etmişdi. Deripaska və Mahmudov isə barışıq müqaviləsi bağlayaraq onların Çernıyla əlaqələrinin məhkəmədə açıqlanmamasının, beləliklə də imiclərinə zərbə dəyməsinin qarşısını almışdılar.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam