Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq nazir milyon yarımlıq mülkünü satdı - FOTO

Əli Abbasov Bakıdakı milyon yarımlıq mülkünü satdı

 

 

 

“MTN işi”nə görə vəzifəsindən azad edilən sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıdakı mülklərini kütləvi şəkildə satışa çıxarıb. 
 
Xeberinfo.com: Bu barədə müsavat.com-a məlumat verən mənbə qeyd edib ki, Əli Abbasov metronun “Gənclik” stansiyası yaxınlığındakı – “Zivella” mağazasının arxasındakı 12 sot ərazisi olan torpaq sahəsini tələm-tələsik satıb. Qaynağın sözlərinə görə həmin mülk Əli Abbasovun oğlu Eldar Abbasovun adına olub və dəyərindən xeyli ucuz, 1,5 milyon manata satıb: “Əli Abbasov ümumiyyətlə, Bakı şəhərində olan obyektlərini kütləvi şəkildə satışa çıxarıb, dəyər-dəyməzinə satmaq istəyir. Maraqlıdır ki, “MTN işi” üzrə istintaqın ilk günlərində Əli Abbasovun da bir sıra mülklərinə həbs qoyulmuşdu. Nazir işlədiyi dövrdə onun “sağ əli” olan, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov Məmməd Araz küçəsində (keçmiş Teymur Əliyev) Əli Abbasova möhtəşəm bir villa inşa etdirirdi, hələ tikintisi tam başa çatmamışdı. (Aşağıda həmin villanın şəkli əlavə edilir, bu haqda musavat.com daha öncə də yazmışdı-red.) Vidadi Zeynalovun da həmin ərazidə 3 yanaşı villası vardı. Həmin mülklərə istintaqın ilk dövründə həbs qoyduğu bildirilirdi. Lakin maraqlıdır ki, hazırda Əli Abbasov o villanı da satışa çıxarıb. Bundan başqa, o, Bilgəhdəki bağ evini, şəhərin mərkəzindəki bir neçə obyektini də satır. Güman ki, o, hökumətin başının daha çox referenduma qarışmasından istifadə edərək, gizli şəkildə, dövlətin milyonlarını talayaraq əldə etdiyi mülkləri satıb nağd pula çevirmək istəyir. Çünki gələcəkdə, mümkündür ki, “MTN işi” üzrə məhkəmədə həmin mülklərin rəsmi qaydada onun əlindən alınacağı, dövlət nəfinə keçiriləcəyi şübhəsizdir. Çünki bu mülklər korrupsiya yolu ilə əldə edilib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam