Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYANIN YENİ “ŞİMAL-CƏNUB” DƏHLİZİNDƏ AZƏRBAYCAN NİYƏ YOXDUR? –(Təhlil)

Rusiya Hindistan və İranla yeni və böyük layihəni müzakirə edir. Layihə “şimal-cənub” dəhlizi adlanır. Bu dəhlizin uzunluğu təxminən 7 min kilometdir. Rusiya bu yolla il ərzində 20-30 milyon ton yükün daşınacağına ümid edir.

Yenixeber.org: Bu nəqliyyat yolunda həm dənizdən, həm də quru yoldan istifadə ediləcək. Mallar Hindistandan gəmilərlə İranın Fars körfəzindəki Bəndər-Abbas limanına çatdırılacaq. Mallar buradan dəmir yolu ilə İranın Xəzər dənizindəki Ənzəli limanına gətiriləcək. Mallar buradan yenidən gəmilərə yüklənərək Rusiyanın Həştərxan limanına çatdırılacaq, oradan dəmir yolu ilə Avropaya istiqamətlənəcək.

Bu yol Süveyş kanalına alternativ kimi düşünülüb. Süveyş kanalı Asiyadan Avropaya ən qısa yol sayılır. Misir bu kanalın istifadəsindən böyük gəlir əldə edir. Müqayisə üçün deyək ki, Misirin Süveyş kanalından əldə etdiyi gəlir turizmdən əldə etdiyi gəlirə bərabərdir. 2015-ci ildə kanalın buraxılıcılıq qabiliyyəti artırılıb, gəmilərin ikitərəfli hərəkəti üçün şərait yaradılıb. 2023-cü ilə qədər kanaldan gündə 97 gəminin keçişi təmin oluna bilər. Bu isə Misirin kalandan əldə etdiyi gəliri 13 milyard dollara qədər artıracaq.

Beləliklə, əgər Rusiya planlaşdırdığı “şimal-cənub” nəqliyyat layihəsini işə salarsa, Çin və Hindistan Süveyş kanalı əvəzinə yeni nəqliyyat yolundan istifadən edə bilərlər. Moskva iddia edir ki, yeni nəqliyyat yolu Süveyş kanalının istifadəsindən təxminən 30-40 faiz faydalıdır, yəni malların daşıma xərcləri azalacaq.

Ümumiyyətlə Rusiya bir çox ölkəyə şimal yolundan – Arktika istiqamətindən istifadə etməyi məsləhət görür. Rusiyalı mütəxəssislər beynəlxalq aləmə bu yolun qısa olduğuna inandırmağa çalışırlar. Məsələn deyirlər ki, Cənubi KoreyaSüveyş kanalından istifadə etməklə mallarını Almaniyaya 34 günə çatdırır. Ancaq Cənubi Koreya Arktika dəhlizidən istifadə etsə guya mallarını 23 günə Almaniyaya çatdıracaq. Rusiyanın inadkarlığına baxmayaraq, şimal yolundan istifadə aşağı səviyyədədir. Moskvanın planlarından asılı olmayaraq mal daşıyan dövlətlər Süveyş kanalından istifadə edirlər.

Moskvanın irəli sürdüyü yeni plan iki dövlətin də maraqlarına toxunur: Misir və Azərbaycan.

Misir Süveyş kanalından sabit gəlirlər əldə edir və bu gəlirləri artırmaq haqqında düşünür. Misirin yeni prezidentinin Rusiya prezidenti ilə münasibətləri yaxşıdır. Buna baxmayaraq, Rusiya Misirin gəlirini azalda biləcək layihəni reallaşdırmaq istəyir. Aydındır ki, yeni layihə Misirin xoşuna gəlməyəcək.

Rusiya yeni nəqliyyat layihəsində Azərbaycanı kənarda saxlayır. Belə çıxır ki, “şimal-cənub” adında iki layihə var. Birinci layihədə Azərbaycan əsas iştirakçı olmalıdır. Rusiya Azərbaycan üzərindən dəmir yolu ilə İranla birləşir. Üstəgəl Azərbaycan Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar ayırmaq istəyir ki, “şimal-cənub” dəhlizi işlək olsun. Rəsmi Bakı ona ümid edirdi ki, İran və digər ölkələrin malların bu dəmir yolu üzərindən Avropaya çatdırsın və əksinə. Ancaq Rusiyanın irəli sürdüyü yeni “şimal-cənub” layihəsi isə Azərbaycanı kənarda qoyur.

Sual olunur: Niyə Rusiya yeni layihədə Azərbaycandan keçən dəmir yolundan istifadə etmək istəmir?

Axı daha faydalı olardı ki, Hindistandan daşınan mallar Bəndər-Abbasdan Ənzəliyə və oradan gəmilərlə Həştərxana deyil, birbaşa dəmiryolu ilə Azərbaycan sərhədinə çatdırılardı. Görünür, Rusiya Azərbaycanın yeni layihədə iştirakl ilə bölgədəki rolunun daha da artmasında maraqlı deyil.

Rusiyanın irəli sürdüyü yeni layihə hələ ideyadır. Bu layihənin reallaşması problematikdir. Çünki, ABŞ İrana qarşı sanskiyalarını sərtləşdirib. Çox az dövlət İran üzərindən mal daşımaq istəyir. Hindistan və Çin ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayıblar. Ancaq bu iki dövlətin ABŞ-la böyük ticarət əlaqələri var və İrana görə Amerika ilə münasibətləri korlamaq istəmirlər. İrandan Avropaya və Avropadan İrana mal daşımaçılığının yaxın illərdə aktuallığı azalıb. Bu mənada Azərbaycanın iştirakçısı olduğu “şimal-cənub” dəhlizinin özünün də reallaşmasında maneələr yarana bilər.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam