"Lukoil" vitse-prezidentinin ərköyün oğlunun başı yenə dərddə-Ruslan bu dəfə zorlama ittihamı ilə üzləşdi..., (Foto)
Rusiyada “Lukoil” neft şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun ərköyün oğlu yeni qalmaqalın mərkəzindədir. Rusiya KİV-ləri xəbər verir ki, bu dəəf Ruslan Şamsuvarov zorlamada ittiham olunur, biznesmen oğlu isə bu ittihamı rədd edir və onu zorlamada ittiham edən qızın eskort-xidmət göstərdiyini, intim yaxınlığın qarşılıqlı razılıq əsasında baş verdiyini bildirir.
Yenixeber.org: Ruslan Şamsuvarov iki il əvvəl Moskvanın mərkəzində “Mercedes Galendewagen” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və yol polisi əməkdaşlarını hədələdiyi üçün həbs edilmişdi. Məhkəmə onun avtomobilinin də dövlətin xeyrinə müsadirə edilməsi haqda qərar çıxarmışdı.
İndi isə Veronika adlı qız polisə şikayət edərək Ruslan Şamsuvarovun onu mənzilində iki dəfə zorladığını bildirir. Veronikanın şikayətinə əsasən o, Ruslanın rəfiqəsi olub. Ruslan onu mənzilinə qonaq çağırıb, qız dəvəti qəbul edib. Onlar divanda yanaşı uzanıb yatıblar, amma hər ikisi paltarlı olub və intim yaxınlıq barədə söhbət getməyib.
Səhərə yaxın isə Ruslan ona hücum çəkib və bir dəfə hamamda zorlayıb. Qızın iddiasına görə bundan sonra divanda yuxulayıb. Amma Ruslan onun telefonundan intim şəkillərini tapıb və yuxudan oyadaraq döyüb, təkrar zorlayıb. Bundan sonra Veronika Ruslanı onu evlərinə buraxmağa razı salıb və qız bədənindəki xəsarət izlərini telefonla çəkib. Daha sonra həkimə gedib ekspertizadan keçib və şikayət verib.
Lakin Ruslan Şamsuvarov polisə ifadəsində bu deyilənləri rədd edib. Bildirib ki, Veronika eskort-xidmət göstərməklə məşğul olub və onların arasında yaxınlıq qarşılıqlı razılıq əsasında baş verib. Sübut kimi Ruslan Veronikanın eskort-xidmətlər təklif edən saytlardan birində yerləşdirilmiş fotosunu da təqdim edib. Ruslanın bildirdiyinə görə, Veronika ondan pul tələb edib və verməyəcəyi təqdirdə valideyinlərinə, polisə şikayət edəcəyini bildirib.
Şamsuvarov bildirir ki, Veronika ilə “münasibətləri yaranmışdı”. Amma görüşəndə onun telefonundakı şəkillərə baxıb və qızın eskort-xidmət göstərdiyini öyrənib. Bunun səbəbini Veronika ağır maddi vəziyyəti ilə əlaqələndirib. Sonra Şamsuvarov qızın anasının nömrəsini tapıb və Veronikanın nə işlə məşğul olduğunu ona çatdırıb.
REN TV xəbər verir ki, işi araşdıran müstəntiqlər Veronikanın təkrar ifadəsini ala bilmirlər, çünki o ifadə verməkdən imtina edib.
Əgər R.Şamsuvarovun günahı sübuta yetirilsə onu 6 ilə qədər həbs cəzası gözləyir.(virtualaz.org)