Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Lukoil”in vitse-prezidentinin oğlu Moskva polisini “ayağ”a qaldırıb

lukoil-loqoAzərbaycanlı milyarder, “Lukoil”in prezidenti Vaqif Ələkbərovun əməkdaşının oğlu Moskva polisini bir-birinə qatdı.

Xeberinfo.com:  Söhbət “Lukoil”in vitse-prezidenti Azat Şamsuarovun oğlundan gedir.

İçərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. “Mercedes Gelandewagen” ilə polislər arasında küçələrdə “qaçdı-qovdu” başlayıb.

Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub. Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da bu alınmayıb.

Polis onları qovan və saxlayan zaman gənclər “Periscope” sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.

20 yaşlı gənc sükan arxasında özünün olmadığını iddia edib:
“Mən yarım bokal şərab içmişdim. Hesab edirəm ki, içki içən şəxs sükan arxasında oturmamalıdır. Bunun üçün də öz tanışımdan xahiş etdim. O, isə polisi qıcıqlandırmaq qərarına gəldi. Onun ağlına bu fikir gələndə mən ümumiyyətlə maşında olmamışam”.

Polisin məlumatına görə, insident mayın 23-də səhər saatlarında baş verib. Gənc adamlar yüksək sürətlə hərəkət ediblər. Onlar yol hərəkəti qaydalarını pozub, piyada keçidinə çıxıblar. Dalana dirənən gənclər maşını ataraq qaçmaq istəyiblər.

İlkin məlumata görə, sürücü 5 min rubl dəyərində cərimələnib. Rusiya DİN-in baş idarəsinin saytında yer alan məlumata görə, qanun pozucuları saxlanılıb. Cərimənin miqdarı isə 40 min rubldur.

Artıq iş adamının oğlu baş verən hadisəyə görə üzr istəyib.

ANS

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam