Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Lukoil” şirkətinin vitse-prezidentinin oğlunun “Gelandewagen”i müsadirə olundu –Rusiyada

Rusiyada "Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun "Mercedes-Benz Gelandewagen” markalı cipi dövlətin xeyrinə müsadirə olunub.

Yenixeber.org:  Buna səbəb oliqarxın ərköyün oğlunun növbəti dəfə həmin avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair videokadrların sosial şəbəkələrdə yayılmasıdır. Həmin kadrlarda Şamsuvarovun "Gelandewagen”i yolun ayırıcı zolağının üstü ilə sürdüyü əks olunur.

Məhkəmənin qərarına görə avtomobil Şamsuvarovdan müsadirə edilərək dövlət əmlak xidmətinin balansına verilib. Avtomobil daha sonra hərracda satılacaq, pulu dövlət büdcəsinə köçürüləcək.

Əslində avtomobilin müsadirə olunması barədə qərar ötən ilin oktyabrında çıxarılmışdı. Lakin belə görünür ki, avtomobili oliqarxın oğlundan hələ almamışdılar və o, növbəti dəfə avtoxuliqanlıq edib. İndi isə məhkəmə qərarı icraya yönəldilib və "Gelandewagen” evakuatorla aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam