Redaktor seçimi
Günün xəbəri

İran və Çindən MKİ-nin agenturasına zərbə!-"xəbərçi"lər ifşa olundu

mki

 Xarici KİV-lərin verdiyi xəbərə görə, «ABŞ-ın xaricdəki düşmənləri» kommunikasiya sistemindəki nöqsanlara görə, «Gooql»un köməyi ilə İran və Çin Amerika Birləşmiş Ştatlarıın (ABŞ) onlarla casusunu ləğv edib. «Gooql»un köməyi ilə onların əslində, nə ilə məşğul olduqları məlum olub.
Bubarədə «The Daily Telegraph» yazıb.

Yenixeber.olrg: «Yahoo News»-in məlumatına görə, 2009-cu ildən 2013-cü ilə qədər ABŞ MKİ-i internet-saytlarda gizli kanalların«faciəvi» uğunsuzluğuna düçar olub. Zabitlər və səhra agentləri bu kanallardan bir-biri ilə danışmaq məqsədilə istifadə ediblər.

«Biz, hələ də bu olayın nəticələrini aradan qaldıra bilməmişik. Buna görə, dünya üzrə onlarla insanımız həlak olub» – deyə, milli təhlükəsizlik üzrə sabiq məmur qeyd edib.

İlk dəfə olaraq, qaynar nöqtələrdə hərbi qulluqçular arasında rabitə üçün Yaxın Şərqdə tətbiq olunan internet-platforma kommunikasiyası başlanğıcdan geniş istifadə üçün nəzərdə tutulmayıb. Ancaq istifadəsindəki sadəlik və effektliliyi səbəbilə, müxtəlif agentlər ondan istifadə etməyə başlayıblar. Ancaq, əslində bu sistem mükəmməllikdən uzaq olub.

Bu platformadakı «dəlik»lər o zaman aşkar olub ki, Barak Obama hökuməti İranın məxfi nüvə silahı fabrikini aşkar edib və bundan qəzəblənən İran «xəbərçi»ləri axtarmaq üçün əla alət əldə edib.

Tehran «Gooql»un köməyi ilə bir vebsayt aşkarlayıb. Amerikalı agentlər bu sayta daxil olurmuşlar. Amerikalı məmurlar hesab edirlər ki, İran tərəf axtarış aləti qismində bu platformadan istifadə etməyi bacarıb və hiss olunmadan MKİ-nin məxfi saytlarını üzə çıxarmağa başlayıb.

2011-ci ilə artıq İran MKİ-nin casus şəbəkəsinə nüfuz edə bilib və may ayında 30 nəfərdən ibarət ABŞ agenturasını ləğv etdiyini bildirib. Nəşrin sözlərinə görə, informatorların bəzilərini edam ediblər, digərləri dəmir barmaqlıqlar arasına düşüb.

Eyni vaxtda, Çində ABŞ üçün işləyən 30 agent hökumət tərəfindən edam edilib – bu da oxşar üsullarla üzə çıxarılmış casus şəbəkəsi olub. Çin tərəf ikincili kommunikasiya sisteminə nüfuz etməyə nail olub və MKİ-nin bu ölkədə yerləşdirmiş olduğu agentləri aşkarlaya bilib.

Mənbələr hesab edirlər ki, İran və Çin, ABŞ agenturasına iki tərəfdən hücum etmək məqsədilə, texniki informasiyaları mübadilə ediblər.

Bununla eyni vaxtda, MKİ-nin Rusiyadakı bir agenti hücumlar barədə xəbərdarlıq alıb və rabitə kanalını dəyişə bilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam