Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Con Bolton regiona nə ilə gəlir?

Con Bolton regiona nə ilə gəlir?


 

 ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20 də regional səfər çərçivəsində Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər etməyi planlaşdırır.

John Bolton‏Verified account @AmbJohnBolton 9h9 hours ago

More

On October 20th I'll be travelling to Russia, Azerbaijan, Armenia, and Georgia to meet with my counterparts and other senior officials to advance American interests on a range of security issues.

Yenixeber.org: Bu yaziya görə, o Amerika maraqları və təhlükəsizlik məsələlərini müzakirə etmək fikrindədi.

Bir sıra mənbələrin məlumatına görə, səfərin əsas məqsədi İran və Suriyanın siyasəti ilə bağlı vəziyyətin müzakirəsidir.

Məlum olduğu kimi, Bolton Tehran və Dəməşqə qarşı sərt mövqeyi ilə məşhurdur və onun Rusiyanı və Cənubi Qafqaz ölkələrini İran və Suriyanı dəstəkləməkdən və onlarla əməkdaşlıqdan çəkindirməyə çalışacağı gözlənilir.

Vaşinqtondakı mənbələrin verdiyi məlumata görə, İrana qarşı Amerika sanksiyalarının Cənubi Qafqaz ölkələri üçün nəticələri məsələsi müzakirə mövzusu olacaq. Bu mənada, Bakı və Yerevanın Tehranla əməkdaşlığı müzakirə mövzusu ola bilər.

Məlum olduğu kimi, Vaşinqton artıq onlarla Rusiya şirkətinə, məmuruna və biznesmeninə qarşı Tehranla əməkdaşlığa görə sanksiyalar tətbiq edib. Cənubi Qafqaz ölkələrinə qarşı da analoji addımlar atıla bilər.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam