Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

"İran beynəlxalq cəmiyyətə qayıtmağa ümid edə bilər"

 

Xarici KİV-in məlumatına görə, «Avropa-1» radiosuna verdiyi müsahibədə Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib ki, Tehranın nüvə proqramı üzrə İranla «altılıq» arasında aparılan danışıqlar əsasında əldə olunmuş razılaşma bütün tərəflər üçün sərfəlidir.

"Xeberinfo.com":   Məlumata görə, nazir xəbər verib ki, yaxın vaxtlarda İrana səfər etmək niyyətindədir (TASS).

«İranın nüvə proqramı üzrə razılaşma bütün tərəflər üçün əlverişlidir. Əks təqdirdə, belə bir razılaşmanı əldə etmək sadəcə, mümkün olmazdı. Bu razılaşma İran üçün ikiqat sərfəlidir. Birincisi, ona qarşı tətbiq olunan xeyli ağır sanksiyalar aradan götürülür, hələlik müəyyən şərtlər daxilində. İkincisi, İran indi beynəlxalq cəmiyyətə qayıtmağa ümid edə bilər» – deyə, Fabius izah edib.

Xəbər verildiyi kimi, çərşənbə axşamı İran və beynəlxalq «altılıq» İran İslam Respublikasının nüvə proqramının tənzimlənməsi üzrə aparılan çoxillik danışıqlar marafonunu başa vurub və razılaşma əldə edib. Nəticədə, hərtərəfli birgə fəaliyyət planı üzrə razılıq əldə olunub. Plan əsas sənəddən və 5 texniki əlavədən ibarətdir. Bundan başqa, bəyannamə layihəsi də razılaşdırılıb. Bəyannamə, danışıqların bütün iştirakçıları tərəfindən (həmmüəllif olaraq) müzakirə olunmaq üçün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təqdim ediləcək.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam