Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

FAZİL MƏMMƏDOV 7 AYDIR NİYƏ SAĞALA BİLMİR? –“Heç bir ciddi xəstəliyi yoxdur, hesab verməkdən yayınır!”

“Türkiyədə ciddi bir müalicə almır, hətta əvvəlki kimi yeyib-içir”

fazil

“Sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır…

Yenixeber.org: Bu sensasiyalı məlumatı redaksiyamıza Fazil Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən biri verib.

Onun sözlərinə görə, Fazil Məmmədovun, vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün “xəstəlik teatrı” qurduğu ehtimal edilir: “Düzdür, hələ nazir olduğu dövrdə də həddən artıq spirtli içkilər qəbul etdiyi, xroniki alkoqolizmdən əziyyət çəkdiyinə dair söyləntilər vardı. Ancaq bunun Fazil Məmmədovun səhhətində ciddi problemlər yaratdığına inanmıram. Çünki o, vaxtaşırı müayinədən keçən, səhhətini qoruyan biri olub. Spirtli içkilər səhhətində hər hansı bir ciddi problemlərə səbəb olsaydı, vaxtında qarşısı alınardı. Sadəcə, ictimaiyyəti inandırmaq üçün haqqında yayılan məlumatlardan məharətlə isitifadə ediblər. Bəlkə də, həkim dostları bunu məsləhət görüb. Hamı spirtli içkilərə meyilli olduğunu bildiyi üçün onun belə bir xəstəliyə (mədəaltı vəzin iltihabı olan pankreatit xəstəliyi əsasən spirtli içkilərdən yaranır-red.) tutulmasına müəyyən dairələri və ictimaiyyəti inandırmaq çətin olmadı. Ancaq yadınıza salım ki, əvvəlcə onun infarkt keçirdiyi xəbəri yayılmışdı. Məhz infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq sonra bir gecədə diaqnozu dəyişib, Türkiyəyə apardılar. Bəlkə də gördülər ki, infarkt adı ilə uzun müddət xəstəxanada qala bilməyəcək və ya xaricə apara bilməyəcəklər, ona görə diaqnozu dəyişdilər. Bilmirəm, ancaq aldığım məlumata görə, Türkiyədə ciddi bir müalicə almır, hətta əvvəlki kimi yaxşıca yeyib-içir.  Sadəcə Bakıda özü ilə bağlı “suların durulmasını”, hamının yadından çıxmasını gözləyir. Hər halda burda ondan cavab gözləyən xeyli sayda iş adamı var. Hansılar ki, vergi adı ilə onlardan külli miqdarda pul alınıb, ancaq  rəsmiləşdirilməyib. Bundan əlavə, eşitdiyimə görə Vergilər Nazirliyinin “qara kassasından” çıxarılan küli miqdarda vəsaitin təyinatı bilinmir. Yəqin ki, Bakıya qayıtdıqda bunu da izah etməli olacaq. Bu isə o qədər asan deyil. Ona görə də, onun ətrafına vaxtaşırı səhhətinin ağırlaşması, reanimasiyaya yerləşdirilməsinə dair xəbərlər yaydırması təəccüblü deyil”.

xaleddin

Qeyd edək ki, bu iddiaların nə qədər doğru olduğunu müəyyənləşdirmək çətindir. Ancaq maraqlıdır ki, Fazil Məmmədovun yeznəsi və yaxın adamlarından biri olan Xaləddin İsgəndərov da dünən mətbuata açıqlamasında sabiq nazirin vəziyyətinin yaxşı olduğunu bildirib: “Fazil Məmmədov hələ ki, müalicə olunur. Türkiyədə – “American Hastanesi”ndədir. Hər şey də qaydasındadır. Heç bir şikayəti yoxdur. Bu günə şükür”.

Ancaq cəmi bir həftə əvvəl Fazil Məmmədovun səhhətinin yenidən kəskin pisləşdiyi, reanimasiya şöbəsinə yerləşdirildiyi xəbəri yayılmışdı. Heç bir şikayəti olmayan birinin vaxtaşırı reanimasiyaya yerləşdirilməsi xəbərinin yayılması, əlbəttə, maraq doğurur.

Bu cür ziddiyyətli xəbərlər və sabiq nazirin 7 aya yaxındır xəstəxanalardan çıxa bilməməsi müəyyən şübhələr yaradır.  Yada salaq ki, Fazil Məmmədovun xəstələnməsi barədə ilk xəbər bu il aprelin əvvəlində yayılmışdı. Sabiq vergilər nazirinin QƏFİLDƏN ÜRƏYİ tutaraq ÖZÜNƏ məxsus Gəncə Beynəlxalq Hospitalına yerləşdirildiyi bildirilirdi.

Ancaq bir müddət sonra Fazil Məmmədovun xəstəliyinin AĞIRLAŞDIĞI, müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verildiyi açıqlandı. Bu ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparıldı. O, Türkiyədə “American Hastanesi”nə yerləşdirildi, diaqnozu isə dəyişdirildi.

Ancaq avqust ayında sabiq nazirin Türkiyədə “Çırağan Palace”da İSTİRAHƏT ETDİYİ ortaya çıxdı. Fazil Məmmədovun “Çırağan Palace”da istirahət etməsi faktını yaxınları səhhətinin müəyyən qədər yaxşılaşması ilə uzah etdilər. Cəmi bir neçə gün sonra isə yenidən Fazil Məmmədovun səhhətinin kəskin ağırlaşdığı, reanimasiyaya yerləşdirildiyi bildirildi…

Sabiq nazirin səhhətində belə kəskin dönüşlərin nə qədər normal olduğunu izah etməyi mütəxəssislərin öhdəsinə buraxırıq. Ancaq xatırlatmağı lazım bilirik ki, F.Məmmədovun “qəfildən” ürəyinin tutması və xəstəxanaya yerləşdirilməsi, onunla bağlı rəsmi və qeyri-rəsmi olaraq ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf edir.

mikayil6_676292602532634_7624304247180909718_n_996

Belə ki, “xəstələnməsindən” az əvvəl yeni vergilər naziri Mikayıl Cabbarov Fazil Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığına, həmin pulların şəxsi ciblərə axdığına dair ittihamlar səsləndirdi.

Az sonra isə mediada Fazil Məmmədovun 18 illik nazirliyi dövründə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyinə dair məlumatlar yayılmışdı. Məsələn, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az-nə çox, düz 830 milyon manat silindiyi, faktiki isə parkda görülən işlərin dəyərinin 83 milyon manatdan da az olduğu məlum olmuşdu.

manat-azn

Məlumatda bildirilirdi ki, məhz bu cür çoxsaylı faktlar aşkarlandıqdan dərhal sonra Fazil Məmmədovun işdən qovulmasına qərar verilib.

Əlbəttə, ona qarşı irəli sürülən ittihamların sabiq nazirin səhhətində həqiqətən ciddi problemlər yaratması, hətta infarkt keçirməsinə səbəb olduğu istisna deyil. Ancaq yuxarıdakı məlumatları nəzərə alsaq, sabiq nazirin 7 aydır ki, sağa bilməməsinin, hətta vaxtaşırı reanimasiyaya yerləşdirildiyi xəbərlərinin yayılmasının arxasında Fazil Məmmədovun Bakıya mümkün qədər gec dönmək niyyətinin dayandığını da istisna etmək olmaz.

Düzdür, atalarımız “qorxunun əcələ faydası olmaz” deyiblər. Ancaq hər halda Fazil Məmmədovun da bir bildiyi var ki, sağalmağa tələsmir. İstənilən halda biz, sabiq nazirimizə Allahdan şəfa diləyirik!(azpolitika)

Murad Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam