Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Paşinyan çıxılmaz dalana girdi:Ermənistan uçurumun KƏNARINDA

 

Paşinyan çıxılmaz dalana girdi: Ermənistan uçurumun KƏNARINDA

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan siyasi kataklizmlər dövrünə qədəm qoydu. Paşinyan siyasi Olimpə çıxışının 100 günü münasibətilə mitinq təşkil edərək, bununla öz gücünü göstərməyə çalışsa da, əslində mitinqə insanların məcburi qaydada gətirildiyi faktı ortaya çıxdı.

                                            Demokratiya imitasiyası

Yenixeber.org: Misal üçün, erməni şərhçi Tevos Arşakyan Paşinyan hakimiyyətinin keçmiş hökmdarın (Serj Sarkisyan) biabırçı təcrübəsini davam etdirdiyini yazır.

Onun sözlərinə görə, Ermənistanda demokratiyalaşmanın eyforiyası yaşanır: “Paşinyanın hakimiyyətə gəlişinin 100-cü gününə həsr olunmuş mitinqinə insanlar məcburi gətirilmişdi. Bəzi məmurlar öz tabeliyində işləyən işçiləri mitinqə qatılmağa məcbur etdilər. Son vaxtlar o haqda da həyacanlı məlumatlar yayılır ki, Paşinyan hakimiyyəti vətəndaş cəmiyyəti və mətbuatı inhisara almaq üçün hərəkətə keçib. Faktiki olaraq, söz azadlığı boğulur. Biz keçmiş hökmdarların idarəçiliyini açıq şəkildə hiss edirik”.



“Qraparak” qəzeti yazır ki, Ermənistanda Nikol Paşinyan hökuməti dövlət qurumlarının əməkdaşlarına qarşı senzura tətbiq edir.

“Dövlət qurumlarının sosial şəbəkələrdə fəallıq nümayiş etdirən əməkdaşları sərt şəkildə cəzalandırılır. Onları izləyirlər və hökumətin, yaxud Paşinyanın əleyhinə xırda fikirlərə görə belə sərt şəkildə cəzalandırırlar. Bu günlərdə maliyyə nazirinin müavinlərindən biri öz tabeçiliyindəki şöbələrdən birinin rəhbərini yanına dəvət edib. Həmin şəxs sosial şəbəkələrdə yeni hökuməti tənqid edən şərhləri bəyənirmiş. Məlum olub ki, onun sosial şəbəkəsi “yuxarılar” tərəfindən izlənilir. Nazir müavini şöbə müdirini xəbərdarlıq edib ki, bu işə son qoysun, yoxsa onu işdən qovacaqlar. Məlumatlara görə, yeni hökumət sosial şəbəkəni ciddi şəkildə izləyir”, - deyə qəzet qeyd edir.

                    Ermənistan iqtisadi uçurumda və Paşinyanın iki çıxılmaz yolu

Bununla yanaşı, Paşinyan vəd etdiyi kimi Ermənistan iqtisadi uçurumdan çıxara bilmir. Ölkədə inflyasiya səviyyəsi son vaxtlar yüksəlib, lakin Paşinyan Dağlıq Qarabağda işğala son qoyaraq, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq, beləliklə iqtisadi uçurumdan çıxmaq istəmir. O, bu gün verdiyi açıqlamada iddia edir ki, “iqtisadi blokadan çıxmaq üçün Azərbaycan və Türkiyə ilə sərhədləri açmağa ehtiyac yoxdur, biz Gürcüstana və İran sərhədindən istifadə edəcəyik”. Hərçənd, bunun yanlış olduğunu özü də bilir. Çünki Ermənistanın Gürcüstanla istədiyi əməkdaşlığı etmək üçün iki yolu var: birincisi, Rusiya ilə bütün əməkdaşlığı kəsməlidir, çünki Saakaşvili dövründəki gərginlik azalsa da, Gürcüstanla Rusiya arasında hələ də düşmənçilik var, Tbilisi Ermənistanla Rusiya ittifaqlarında olduğu müddətdə məsafəli davranacaq; ikincisi, Gürcüstan Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi-hərbi əməkdaşlığı fonunda Ermənistanı “xilas etmək” üçün Bakı və Ankaranın istəyinin əleyhinə getməyəcək, daha dəqiq desək, bunu edə bilməyəcək, hətta Vaşinqton belə ondan bunu istəsə; çünki Gürcüstanın bu bölgədə iqtisadi, enerji və hərbi təhlükəsizliyi məhz Azərbaycanla Türkiyədən asılıdır.



İrana gəlincə, bu, Ermənistan üçün çıxılmaz dalan deməkdir. Paşinyanı hakimiyyətə ABŞ gətirdi və Vaşinqton İranla müharibəyə hazırlaşdığı bir vaxtda Ermənistanın bu ölkə ilə iqtisadi əməkdaşlığına icazə verməyəcək. Burada Tehranın da düşünməli olduğu bir məsələ var: Paşinyan məhz Ermənistandan İrana hücum platforması kimi istifadə etmək üçün hakimiyyətə gətirilib.

                                                            Rusların qəzəbi



Ermənistanın Rusiya ilə qarşıdurmasının dərinləşməsi də Paşinyanı çətin vəziyyətə salıb. 1 mart hadisələri ilə bağlı cinayət işinin açılması, Robert Koçaryan və Yuri Xaçaturovun məsuliyyətə cəlb edilməsinə cəhdlər Moskvanın qəzəbini kükrətdi. Doğrudur, Koçaryan həbsdən buraxıldı, Xaçaturovun Moskvaya qayıdışına icazə verildi, lakin artıq ox yaydan çıxıb və ruslar Ermənistanı yenidən nəzarətə götürmək üçün Paşinyanın əleyhinə planlar həyata keçirəcək.

                                                 Koçaryan-Sarkisyan faktoru


Burada Koçaryan-Sarkisyan faktoru mühüm amildir. Bu ikili son vaxtlar qarşı-qarşıya gəlsə də, birinin devrilməsi, o birinin həbsə atılması onları yenidən yaxınlaşdırdı. Ermənistan mediası yazır ki, Koçaryan yenidən siyasətə gəlmək üçün hərəkətə keçib. Məlumatlara görə, Sarkisyan Paşinyanın devrilməsi üçün Qarabağdan, Koçaryan isə İrəvandan hərəkətə keçəcək. Onların tərəfdarları da kifayət qədərdir. Misal üçün, “Qraparak” qəzeti Koçaryanın ofisinin qarşısında 4 saatlıq növbənin yarandığını yazır.

“Keçmiş vəzifəli şəxslər, hərbi qulluqçular, hətta alimlər Koçaryana pənah aparır”, - deyə qəzet yazır.

                                             Paşinyan çıxılmaz vəziyyətdə

Politoloq Fikrət Sadıqov deyir ki, Paşinyan zamanında verdiyi vədlərə əməl etmir və hazırki idarəçiliklə heç Qərb ölkələri də Ermənistanı normal hökumət kimi qəbul etmir: “Xanım Merkel Bakı səfərində də qeyd etdi ki, Ermənistanda hakimiyyətə “yeni hökumət” gəlib və onlar da yaxın zamanda addım atacaqlar. Ermənistanda 2 gün qalmaqla Merkel də başa düşüb ki, orada konkret, prinsipial mövqe yoxdur ki, daxili və ya xarici siyasətdən söhbət getsin. Hələlik konseptual bir idarəçilik xəritəsi yoxdur. Paşinyanın Qərbə doğru hər addımı rəsmi Moskvanı bir o qədər qıcıqlandıracaq və o, Rusiya ilə bağlı bəzi məqamları unudur. Paşinyan yaddan çıxarıb ki, Ermənistanın iqtisadiyyatı, nəqliyyat sistemi və bütünlükdə bir çox sahələrin inkişafı birbaşa Rusiya ilə bağlıdır. Xüsusilə hərbi sahədə Rusiyanın dəstəyini unutması ona heç də müsbət gələcək vəd etmir. Belə bir şəraitdə “azad”, “sərbəst” görünərək, özünü baş nazir adlandırması, xalqın taleyinin yaxşılaşdırmaq istiqamətində qərarlar qəbul etməsi və əhalini meydanlara toplayaraq, onların rəyini alması gülüncdür. Konkret addımlar yoxdur. Kimisə həbs edir, daha sonra azad edir. Bu da onu göstərir ki, onun ölkə daxilində belə hər hansı proseslərə təzyiq göstərməyə gücü çatmır”.



Politoloq Natiq Miri də Paşinyanın çətin vəziyyətdə olduğunu qeyd edir.

“Paşinyanın maliyyə problemləri ilə yanaşı, oturuşmamış idarəetmə sistemi də var. O, yeni parlament seçkilərini keçirmək, Sarkisyanın partiyasının parlamentdəki üstünlüyünü əlindən almaq və yeni konstitusiya qəbul etmək istəyir. Lakin bu olduqca çətin görünür. Hesab edirəm ki, Paşinyan bu məsələləri həll edə bilməsə, devrilmə təhlükəsi həmişə mövcud olacaq. Bu baxımdan, o iynə üstündə oturub”, - deyə politoloq qeyd edib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam