Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Hacıqabul Quşçuluq xalqa nə yumurtası yedirir?– İddia/Video

 

 

 “Yoldaşım səhər işə gedəndə iki yumurta qaynamağa qoyub. Heç iki dəqiqə keçməmiş yumurtalar partlayıb, içindən çıxan su qazın içinə daşıb. Bir az sonra gördüm ki, birtəhər yanıq iyi gəlir”.

Yenixeber.org: Bu sözləri istehlakçılardan biri video müraciətində Hacıqabul Quşçuluq Fabrikindən şikayətlənərkən deyib.

O, yumurtaları göstərərək heç nə olmadığını diqqətə çatdırır: “Yumurtalara heç nə olmayıb, amma içindən çıxan maye qazın dibinə axıb.

Bu maye kauçuka çevrilib. Baxın, adi kauçukdur. Qazın gözü təmizdir,amma yumurtadan çıxan maye elə bil qətranla yapışdırılıb, daş kimi olub. Elə keyləşib ki, qoparmaq olmur.

Mən artıq 102 xidmətinə, İqtisadiyyat Nazirliyinin “qaynar xətti”nə müraciət etmişəm. Yumurta strateji məhsuldur, çünki ən çox uşaqlar üçün istehlak olunur.

Bu yumurtaların geni dəyişdirilib, yoxsa nə məhsuludur, toyuqlara nə verilir, mənbəyi təcili araşdırılsın, respublikaya rəsmi surətdə məlumat verilsin.

Əgər cinayətkar dəstənin işidirsə ciddi şəkildə araşdırma aparılsın. Niyə xalqa geni modifikasiya olunmuş yumurta yedirilir?”

Belə məlum olur ki, Hacqabul quşçuluq təsərrüfatı mənşəyi bilinməyən, GMO məhsullar istehsal edərək xalqa yedirir. Şikayətçinin dediklərindən belə çıxır ki, yumurta yerinə plastik istehlak olunur.

Maraqlı məqam budur ki, bu gün mağazalarda ən ucuz Hacıqabul yumurtalarıdır. 10 ədədi 1 manat, 85 qəpiyə satılır və Dəvəçi yumurtalarından ucuzdur.

Bir müddət əvvəl Hacıqabul quşçuluqda yumurtadan yeni çıxmış cücələrin yandırılıb, üyüdülüb və yem kimi digərlərinə verilməsi haqda xəbərlər çıxmışdı. Bunu cücələrin tez böyüməsi və xəstəliyə tutulmaması üçün edirdilər.

Hazırda mağazalarda Hacıqabul yumurtalarının üstündə xüsusi qara xətt var və bunun nə məna kəsb etdiyi də məlum deyil.(AzEuroNews.com) 

 

► ► ► Mövzu ilə bağlı sözügedən firma ilə əlaqə saxlamaq cəhdlərimiz heç cürə alınmadı. Qarş tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam