Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Avtomobil qaz yanacağının bahalaşacağı gözlənilir...Gürcüstanda

 

Gürcüstan milli valyutası GEL-in devalvasiyası ölkədə bəzi istehlak mallarının, o cümlədən yanacağın qiymətlərinin artmasına səbəb olub

 


Yenixeber.org:  Gürcüstan bürosu xəbər verir ki, neft məhsullarının ardınca avtomobillər üçün maye qazın (“avtoqaz”) da qiymətinin artacağı gözlənilir.
Mətbuatın Gürcüstan hökumətindəki mənbələrə istinadən yazdığına görə, yaxın günlərdə “avtoqaz”ın qiyməti hər kubmetr üçün 5-10 tetri bahalaşacaq. Hazırda “avtoqaz”ın bir kubmetri 1,40-1,42 GEL təşkil edir.
Qazdoldurma məntəqələrinin sahibləri qiymətlərin artacağını istisna etmirlər və bundan narahatçılıq keçirirlər. Bu məntəqələrin sahibləri qiymət artımından sonra satış həcminin aşağı düşəcəyindən ehtiyat edirlər.
“Avtoqaz”la yanaşı sıxılmış maye qazın da qiymətinin artacağı gözlənilir.
“İSLET GROUP” şirkətinin nümayəndəsi Yuri Cibutinin sözlərinə görə, hər şey milli valyutanın – larinin devalvasiyasından asılıdır. Əgər larinin ucuzlaşması davam edərsə maye qazın qiyməti mütləq qalxacaq.
“Ayrballon” şirkətinin nümayəndəsi Nodar Ramişvili də hesab edir ki, milli valyutanın qiymətdən düşməsi qazın qiymətinin artmasına səbəb olacaq.
Ekspertlərin fikrincə “avtoqaz”ın qiymətinin artması isə ölkədə istehlak qiymətlərinin, xüsusən kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına, son nəticədə iqtisadiyyatın zəifləməsinə səbəb olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam