Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda İtaliya, Belçika silahları satılır -Qiymətlər (FOTOLAR)

Bakıda İtaliya, Belçika silahları satılır - Qiymətlər (FOTOLAR)
Müasir dövrümüzdə ova maraq göstərən insanlar heç də az deyil. Ov etmək üçün müxtəlif silahlardan istifadə olunur.

Yenixeber.org: Əməkdaşımız Bakı Atıcılıq Mərkəzində yerləşən ovçular mağazasında ov aksesuarları və silahlarının qiyməti ilə maraqlanıb.
Bildirilib ki, Azərbaycanda əsasən Rusiya, Türkiyə, İtaliya, Belçika və digər ölkələrin istehsal etdiyi silahlar satılır. İtaliya silahları digərlərinə nisbətən daha bahalıdır. Həmin silahların qiyməti təxminən 5-6 min manatdır.



Mağazada ən bahalı ov silahının qiyməti 7500 (Beretta) manat, ən ucuzunun qiyməti isə 1300 (Çörçil) AZN-dir. Burada ov silahı üçün güllə satılmasa da, öyərənirik ki, bir qutu güllənin qiyməti 15,20 manata olur.



Ova aid olan aksesuarlar da satışda əsas yer tutur. Ovçu üçün əlcəklər 40 manat, baş geyimləri 15, 20 manata satılır. Ən çox satılanlardan biri də qolsuz gödəkçələrdir. Qiymətləri 55 və 350 manat arasında dəyişir.



Ovçu bıçaqları əsas aksesuarlardan hesab olunur. Onların qiyməti isə 30-120 manat arasında dəyişir. Silah təmizləmək üçün aksessuarın isə ən ucuzunun qiyməti 15 manat, ən bahalısının dəsti isə 120 manatdır. Silahın yerləşdirildiyi çantaların qiyməti isə 130, 150 manatdır. Nisbətən baha qiymətdə olanlara da rast gəlmək mümkündür.(azvision)



















Anar Kəlbiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam