Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ət yenidən bahalaşdı:sümüklü dana əti 10 manat oldu

                             Ət yenidən bahalaşdı:

 

 

Xeberinfo.com:  Son iki ayda dana ətinin qiyməti üç dəfə bahalaşıb: ilk bahalaşmada sümüklü dana əti 9 manat, sümüksüz dana əti isə 11 manat olmuşdu. Çox keçmədi ki, sümüklü dana ətinin qiymətində daha 0, 50 manat sıçrayış oldu. Artıq iki həftəyə yaxındır ki, sümüklü dana əti 9, 50 manata satılırdı.

 

Bugün isə xeberinfo.com-la telefon əlaqəsi saxlayan Sumqayıt şəhərindəki oxucumuz  sümüklü dana ətinin qiymətinin daha 0, 50 manat bahalaşdığını bildirdi. Məlumata görə Sumqayıt şəhərinin və Ceyranbatan qəsəbəsinin bəzi satış nöqtələrində sümüklü dana əti 10 manata satılır. Əməkdaşımız bu məlumatla bağlı xırda araşdırma da aparıb. Məlum olub ki, həqiqətən də Ceyranbatan qəsəbəsinin bəzi satış nöqtələrində sümüklü dana əti 10 manata satılır. Qəssablar isə bu qiymət artımını iki səbəblə bağlayıblar: birincisi ətin keyfiyyəti ilə, ikincisi isə rayonlarda heyvanın qiymətindəki artımla. Maraqlıdır ki, dana ətindən fərqli olaraq, qoyun ətinin qiymətində dəyişiklik yoxdur. Qəssablar bunun səbəbini təlabatla bağlayır: qoyun ətindən daha çox dana ətinə təlabat var.

 

Söhbətləşdiyimiz ekspertlər isə bu qiymət artımını son vaxtlar ölkə iqtisadiyyatındakı məlum tendensiya ilə bərabər, başqa səbəblə də bağlayır: “Ölkəyə ət idxalı ilə bağlı gömrük rüsumlarında ciddi dəyişikliklər edilməlidir. Rüsumun daxili təlabata adekvat olmaması qiymətin sıçrayışı ilə müşahidə olunur və bundan sonra da belə olacaq. Məlum olduğu kimi, Azərbaycana ət idxalında öndə gedən ölkə Ukraynadır. Bu ölkədə isə ətin qiyməti 5 manatdır. Rusiyada isə bu rəqəm 2-3 manat arasında dəyişir. Orta Asiya və digər qonşu ölkələrdə də ətin qiyməti bizdəki ilə müqayisədə yarıbayarı aşağıdır. Bütün bu göstəricilər isə gömrük rüsumlarını diqqətə çəkir”.

 

İnformasiya şöbəsi    

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam