Türkiyəli məşhurlar üçün Azərbaycan sadəcə istirahət və ya konsert vermək üçün deyil, həmçinin, biznes qurmaq üçün əlverişlidir.

Yenixeber.org: Türkiyədən fərqli olaraq vergilərin daha az olması, dünya bazarına çıxış üçün ilk addım ola biləcək Bakıda türk sənətçilərin öz bizneslərini inkişaf etdirmələrinə şərait yaradıb.

Şirkətinin Bakıda filialını açıb, işlərini böyüdən Türkiyəli məşhurlardan biri gözəl aktrisa Tuba Büyüküstündür. Aktrisanın ailəsi ilə birlikdə “Baykon” və “İstron” adlı iki tərəzi sistemləri şirkəti var. Bu şirkətlər müxtəlif texnologiyalar istehsal etməklə yanaşı, ən kiçik yüklərdən böyük tırlara qədər çəki ölçmək xidməti göstərir. “Baykan” şirkətinin Azərbaycanda, Qazaxıstan və Qırğızıstanda filialları var, əsasən, hava limanlarında yüklərin çəkisinin ölçülməsinə xidmət edir.

Tuba Büyüküstün ile ilgili görsel sonucu

Bir ayağı Azərbaycanda olan, bu yaxınlarda Şəkidən ev almaq arzusunda olduğunu dilə gətirən müğənni Petek Dinçözün hələ ki şirkəti olmasa da, o bu arzudadır. Oğlu İrfan Aslanın dünyaya gəlməsindən sonra musiqi dünyasından müəyyən qədər uzaqlaşan Dinçöz Bakıda şirkət açmaq arzusunu özü dilə gətirib.

Petek Dinçöz ile ilgili görsel sonucu

Sadəcə bir konsertindən 50 min dollar qazanan İbrahim Tatlısesin var-dövləti milyonlarla ölçülür. Onun xidmət sektoru, geyim sənayesi, inşaat və sərnişin daşınması sahəsində müxtəlif şirkətləri var. Onun “İmparator İbo kebap” adı ilə fəaliyyət göstərən restoranı uzun illərdir ki, Bakıda da kabab və İskəndər dönəri sevərlərə xidmət göstərir.

Azərbaycanda restoranı olan digər bir türk məşhur isə prodüser Cenk İçtendir. Cenk İçten restoranı həyat yoldaşı azərbaycanlı model Minarə Əliyeva ilə birlikdə açmışdı. Məşhur otellərindən birində fəaliyyətə başlayan məkanın açılışında tanınmış simalar – modelyer Fəxriyyə Xələfova və rəqqasə Oksana Rəsulova da iştirak edib.

Tez-tez Bakıda qonaq olan tanınmış müğənni Mustafa Sandalın da Bakıda restoranı və elektron siqaret satan mağazası var.(minval)

Dəniz