“POKROV MƏHƏRRƏM”LƏ BİRLİKDƏ “BATAN” MƏMURLAR –Onların sırasında DYP polkovniki də var…
Uzun müdət Rusiyadakı ən varlı və nüfuzlu azərbaycanlılardan biri sayılan və “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Həsənovun Azərbaycandan bir xeyli tanınmış məmur və iş adamına külli miqdarda borcunun olduğu məlum olub. Bu barədə redaksiyamıza dünyasına yaxın mənbələrdən məlumat daxil olub.
Yenixeber.org: İflas etdiyi bildirilən və Rusiyanın hüquq-mühafizə orqanları ilə ciddi problemləri olduğu rəsmən təsdiqlənən şəmkirli biznesmenin bu il martın 31-də Rusiyada SOBR xüsusi təyinatlıları tərəfindən saxlanılaraq, əllərinin qandallanması kadrları yayımlanmışdı. Bundan bir neçə gün sonra isə M.Həsənovun həbsdən azad edildiyi bildirildi. Lakin çox keçmədən “Pokrov Məhərrəm”in Moskva vilayətinin İstra rayon məhkəməsi tərəfindən yenidən ittiham olunaraq, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi məlum oldu.
Maraqlıdır ki, bir vaxtlar çox geniş maliyyə imkanlarına malik olan bu şəxs hazırda hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda ittiham olunur. Və belə görünür ki, bu ittihamın miqyası Rusiya sərhədləri ilə məhdudlaşmır.
Belə ki, özəl mənbələrdən daxil olan məlumatlara görə, kifayət qədər geniş imkanlara malik etibarlı iş adamı sayılan M.Həsənov Azərbaycandan bir neçə məmur və iş adamının külli miqdarda vəsaitini öz işlərinə cəlb edərək, onlara qazancdan faiz ödəyəcəyi öhdəliyini götürübmüş. Onunla “işgüzar əlaqələr” quranlar və nəticədə milyonlarla pulu batanlar sırasında bir çox məmurların və onların ətrafındakı iş adamlarının adları keçir.
Sözügedən şəxslər arasında çox maraqlı simalar var ki, onlardan biri də Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin məşhur rəis müavini Müşfiq Rəhimovdur. Mətbuatda daha çox bahalı avtomobil seriyalarının satışı və DYP-dəki digər maxinasiyalar sayəsində milyonlara sahibləndiyi iddia olunan M.Rəhimovun “Pokrov Məhərrəm”də 4 milyon manatının batdığı bildirilir. Bir zaman adı hətta “MTN işi” ilə əlaqədar hallandırılan bu DYP polkovnikinin əsasən kriminal aləmə yaxın şəxs kimi tanınan “Pokrov Məhərrəm”lə necə və kimlər vasitəsilə “işbirliyi”nə getməsi barədə bir şey deyə bilmərik. Ancaq görünən odur ki, M.Həsənovun hazırkı durumu polkovnik Rəhimovun pullarının “gedər-gəlməzə” göndərildiyi ehtimalını gücləndirir.
Məlumata görə M.Rəhimov pulu batanlar sırasında heç də birinci yerdə dayanmır və onların arasında 7 milyon, 10 milyon və daha çox vəsait itirənlər var. Görünür Moskva məhkəməsinin “Pokrov Məhərrəm”ə qarşı məhz dələduzluq maddəsilə cinayət işi açması təsadüfi deyil, ancaq böyük ehtimalla onun “atdığı” rəsmi qaydada təsdiqlənən şəxslər sırasında nə M.Rəhimovun, nə də digər məmurların adı keçmir. Çünki aylıq məvacibi yüz manatlarla ölçülən azərbaycanlı məmurların milyonluq iddialarla çıxış edəcəyi inandırıcı görünmür…
Onu da xatırladaq ki, əsasən Rövşən Lənkəranskinin himayəsindən istifadə edərək, Pokrov bazasına nəzarət edən M.Həsənovun, onun qətlə yetirilməsindən sonra olduqca çətin duruma düşdüyü bildirilir.(azpolitika.info)