Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

6 nəfəri güllələyənin məmur atası işdən çıxarıldı

 

Bakıda restoranda silahlı insident törədən şəxsin hansı məmurun oğlu olduğu məlum olub.

Xeberinfo.com:    Məlumata görə, hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev  bu gün tutduğu vəzifədən azad edilib. Onun yerinə artıq təyinat da olub.

Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi təyin edilib.

F. Əliyev oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.

***

Bakıda restoranda silahlı insident törədən şəxs saxlanılıb.

Bu barədə Qaradağ rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutularaq polis idarəsinə gətirilib. Hazırda onun ifadəsi alınır.

Günün sonuna kimi onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Polisdən həmçinin bildirilib ki, hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

***

Lökbatandakı restoranda atəş açanlardan biri nazirliklərdən birinin şöbə müdirinin oğludur. 
 
Hələlik adı çəkilməyən məmur oğlu dostu ilə birlikdə restoranda istirahət edirmiş. Həmin vaxt restoranda başqa müştərilər ad günü mərasimi keçirirmiş. İki dostun ad günü iştirakçıları ilə mübahisəsi düşüb. Mübahisə zamanı dostlardan biri “Vinçestr” markalı tüfəng, digəri isə “Makarov” markalı tapança çıxarıb və atəş açmağa başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam