Düşüncələr, təəssüratlar-ANDİÇMƏ
(Azərbaycan ötən illərdə xaricdə hazırlanmış dağıdıcı planlardan necə imtina etdi)
II hissə
Yenixeber.org: Amerika bu mühüm beynəlxalq münasibətlərdə bütün sərhədləri (şəxsi maraqlara görə) qırıb keçdi, özünün bəlkə də min illik Konstitusiyasının 4-cü maddəsini pozub, məhv etdi, onu şübhəli vəziyyətdə qoydu. Dördüncü maddədə göstərilir ki, Amerika insan şəxsiyyətinin toxunulmazlığını həmişə, hər yerdə təmin edir... “Bəs hanı?” – verilən sualın cavabını hələ də verə bilmir.
Kissincer yetmişinci illər ərzində “Krallığın beynəlxalq işlər institutunun” səlahiyyətli nümayəndəsi qismində kommunist Kremllə sıx əlaqə saxlamışdır. Onun Moskvadakı dostları müntəzəm olaraq “qlobal modelləşmə” haqqında məruzələr alırdılar. Bütün bunlar “Roma Klubu”nun yanacaq resursları ilə zəngin olan və bu zənginliklə qüvvət və qüdrət toplayan kiçik dövlətlər üçün yazılan paraqraflardakı tezislərdir. (“Roma Klubu”.Nizamnamə.Tezis.4)
“Roma klubu”nun üzvü Harland Klivlend dünyanın üçüncü ölkələrinə dair məruzə ilə tez-tez çıxış edir və Azərbaycanın adını hallandırır. Fikrimizcə həmin məruzə həyasızlığın ən ali nümunəsidir: “Əhalinin hansı hissəsini azaltmağın gərək olduğunu üçüncü dövlətlər öz aralarında özləri ayırd etməlidirlər” deyən bu adamlar dünyanı idarə edənlərdir.(Tədricən yer üzündən silinən Dağlıq Qarabağ sakinlərini - azərbaycanlıları göz önünə gətirin . R.N).
Onların dünya əhalisinə baxışları öz ruhuna görə məşhur olan son zamanlar populyarlaşan Maltusun nəzəriyyəsinə yaxındır. Moskva yer üzündə əhalinin artımını yerin təbii imkanlarından asılı qoymaqla sübut etməyə çalışırdı ki, əhalinin sayı çox ciddi nəzarətə alınmalıdır və planetin resursları ilə nisbətə götürülməlidir (Baxın, bu gün 156 milyonluq Rusiyadan cəmi 139 milyon nəfər qalır. Yeri gəlmişkən, Maltusun əsasnaməsini “SS” qanunları layihələrini hazırlamış gizli Magiya ordeni - “Anenərbe”nin mistik ehkamçıları həvəslə işlətmişlər).
Azərbaycan Prezident seçkiləri ərəfəsində və ondan sonra dünya mətbuatında ən çox adı hallanan...məkandır. Düşünürəm: Səbəblərdən biri budur ki, hökümət və dövlət strukturlarında, əsasən güc nazirliklərində çalışanların böyük bir qismi öz işini bilən, peşəkarlardır.
Fikrimcə bu “dünya praktikası” anlayışından doğur. Liderimiz Heydər Əliyev bu praktikadan həmişə istifadə edib. Nə qədər çox bilsə də, siyasətdə nə qədər güclü olsa da həmişə öyrənib. Ətrafına cəlb etdiyi insanları da dövlət və millət naminə dünya praktikasına cəlb edib.
Məsələn Amerikada “Məxfi Xidmət” deyilən çox nüfuzlu bir qurum var. Bu xidmət növü 1865-ci ildə yaradılıb. (Bu qurum ilk öncə saxta pul kəsənlərə qarşı işləyib).
Sonradan bu “Məxfi Xidmət” 1906-cı ildən Prezident və onun ailəsini qorumağa başladı. Bu gün də bu xidmət ölkənin iş adamlarını, keçmiş dövlət nümayəndələrini, strateqləri, bugünkü vitse-prezidenti, iri neft şirkətlərinin sahiblərinin xarici ölkələrdə şərəf və ləyatəqlərini qorumaqla məşğul olur, saxta, yalan rəylərin, şər və böhtanların qabağını alır. Ölkədə bunun 4570 nəfər işçisi var. Şübhəsiz, ölkə başçısının şəxsi və ailəsini təmin edən məxfi xidmət növü var. Lakin bu “məxfi xidmət” növü deyil. Onların Nizamnamə və Əsasnamələri başqadır, biri-birindən fərqlidir.
Ümumiyyətlə Azərbaycanın milli təhlükəsizlik sistemini heç kəs cəhd edib, deməsin ki, onu “mən” qurdum. Onu liderimiz Heydər Əliyev qurdu. Onun gizli əsasları var və onu heç kəs təfsilatı ilə bilmir. Məsələn, müxalifətdə dayananlar cəhd edirlər ki, o əsasları öyrənsinlər və bundan sonra asanlıqla qurulmuş ölkəni dağıtsınlar. Təhlükəsizlik əsaslarını öyrənmək üçün xarici kəşfiyyat orqanları hər il Azərbaycana milyonlarla dollar vəsait sərf edir...
Mən Azərbaycan Prezidenti üçün təklifimdə qalıram. Avropa ölkələrindən nəyimiz əskikdir? Heç olmasa, vaxtilə liderimiz Heydər Əliyevin qurduğu “Prezident Yanında Xüsusi İdarə” timsalında bir qurum yaradın. (Bu qurum ABŞ-nın planı sayəsində dağıdıldı, rüşvət və sərvət yuvasına çevrildi).
Təəssüf edirəm ki, xaricdə adımızı hallandıranlara heç kəs cavab verə bilmədi. Bütün istiqamətlərdə yayılan anti-Azərbaycan kitablar yazılır. Videoçarxlar, saytlar...kimlər üçün idi? Dünyanın heç bir yerində ölkə başçısı, onun ailəsi, övladları... təhqir olunmur. Düşmənə qarşı mübarizədə bütün limitləri xərclədik. Amma düşmənə hələ qalib gələ bilməmişik. Bu etirafdır. Lakin dünyanın bir sıra siyasi mənzərəsini təbliğ edən demokratik mətbuat Azərbaycan Prezidenti İlham Əliyevin ötən beş ilini ən təmkinli, ən səbrli və dözümlü siyasət üstündə quran bir şəxs kimi göstərir.
Lakin gizli təşkilatlardakı Azərbaycan xəritəsi mənim üçün həmişə maraq kəsb edib. Nəticədə mənim- Dünya Forumu ilə tanışlığım və onun Azərbaycanla bağlı planlarını öyrənməyim uğurlu alındı. Bu təşkilatın mənzil-qərargahı ABŞ-ın Qərb sahillərində, San-Fransiskonun Prezidio qəsəbəsində yerləşir.
Keçmiş ittifaqda baş verən “Qızıl gül” və yaxud “Məxməri” inqilablar, müsəlman aləmində bu gün də çaşqınlıq yaradan “Ərəb Baharı” kimi qanlı çevrilişlərin xəritəsi məhz bu forumda cızıldı.
Məxfi təşkilatın yaradılması və sonrakı inkişafı bilavasitə nəhəng mondialist strukturların - Beynəlxalq münasibətlər üzrə Şuranın, eləcə də ABŞ dövlət müəssisələrinin və xüsusi xidmət idarələrinin Şurasının fəaliyyəti ilə bağlıdır.
Mənfur Qorbaçov Fondunun yaradılması haqqında qərar da Beynəlxalq münasibətlər üzrə Şurada qəbul edilmişdir. Bu fond sərvətinin bir hissəsini Azərbaycanın dağıdılmasına yönəltmişdi. Bunun üçün Azərbaycan müxalifəti Qarabağ Fonduna həvəslə yazıldılar...
Ardı olacaq.
Rövşən Novruzoğlu (Bəlizadə)
Politoloq, beynəlxalq terrora qarşı strateji araşdırmalar mərkəzinin direktoru,
Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert