Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Rəhm edəcəyimi də gözləməyin…"-Lukaşenko sərt danışdı

 

aleksandr-lukashenkoMəlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun məmurlar qarşısındakı son çıxışı sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Yenixeber.org: İlk olaraq, kənd təsərrüfatında qayda-qanun yaradılması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı, daha sonra idxal monopoliyasını kəskin tənqid edərək, ciddi xəbərdarlıq edir. Ardınca Lukaşenko üzünü yerli icra hakimiyyəti orqanlarına tutur və bildirir ki, əhalinin onların fəaliyyətindən narazılığı pik həddə çatıb. Deyir ki, məmurlar özlərini və övladlarını mənzillərlə təmin edirlər.

Prezident korrupsiya hallarına yol verənlərin çox ciddi və hətta qəddar formada cəzalandırılacağını söyləyib: “İcra hakimiyyətlərinə rəhbərlik edənlərdən baş nazirə qədər, hər kəs eşitsin! Rəhm edəcəyimi də gözləməyin… Elə bilməyin ki, sizi müəyyən edib üzə çıxarmaq çətin olacaq. Hər şey göz önündədir. Baxın kişilər, kasıb olub azadlıqda qalmaq, varlı olub orada (həbsxanada-red.) olmaqdan daha yaxşıdır…”

Xatırladaq ki, ötən il hökumət üzvlərinin yanacağın bahalaşdırılması təklifinə münasibət bildirərkən də Belarus prezidenti sərt çıxış etmişdi və demişdi ki, benzinin qiymətini hər bir axmaq qaldıra bilər, zəhmət çəkib onun maya dəyərini süni şəkildə şişirdənləri müəyyən edin, benzinin bahalaşdırılmasından isə söhbət gedə bilməz.

Onu da qeyd edək ki, ölkəsində “Batka” deyə çağırılan A.Lukaşenko, Qərbdə diktator kimi tanınsa da, onun korrupsiyaya bulaşmadığı da etiraf edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam