Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İqtidar “oliqarx-qubernator” sistemini ləğv edir

 

Hakimiyyət referendumdan sonra icra strukturlarında ciddi mərkəzləşmə aparmaqla idarəetməni vitse-prezident (lər) əlində cəmləməyə hazırlaşır 

 

Xeberinfo.com:  Sentyabrın 26-da keçiriləcək referendumdan sonra ölkədə iqtisadi və siyasi islahatları özündə ehtiva edən inqilabi dəyişikliklər olacağı gözlənilir.  Məlumatlara  görə, iqtisadiyyatın bütün sahələrinə aid olan geniş proqram həm də idarəetmə sistemində ciddi yenilikləri nəzərdə tutur. İslahatlar  paketində siyasi sistemlə bağlı məsələlər də yer alır. 
 
Yeni vitse-prezidentlik institutu yaratmaqla siyasi idarəetmə sistemində ciddi dəyişikliyə qərar verən iqtidar  bunların davamı kimi icra hakimiyyətlərinə və  nazirliklərə də “əl gəzdirməli” olacaq. Bir neçə nazirliyin  və komitənin birləşdirilməsi çoxdan müzakirə mövzusudur. İcra strukturlarına gəlincə,  xüsusilə də hakimiyyətə yeni “iqtisadi  yol xəritəsi” hazırlamaqda yaxından iştirak edən xarici mütəxəssislər yeni idarəetmədə konkret təkliflərlə çıxış edirlər. 
Məsələn, iddiaya görə,  hər rayonda İcra Hakimiyyəti Aparatı əvəzinə iqtisadi regionlar üzrə prezidentin nümayəndələri təyin olunmalıdır. Bu, idarəetmədə əngəlləri aradan qaldıracaq, dövlət və  büdcə xərclərini ciddi azaldacaq. Hətta hökumət də etiraf edir ki, korrupsiya, süründürməçilik aradan qaldırılmasa, islahatlar mümkün olmayacaq. Dövlət başçısının son aylar  çıxışlarında, eləcə də  rayonlara səfərində  bəzi  icra başçılarına xəbərdarlıqları bu baxımdan diqqət çəkir.  
Image result for Nazirlər kabineti
 
İqtidarın idarəetmə strukturlarında islahatlara məhz icra başçısı postundan başlaması da təsadüfi deyil. Çünki siyasi iqtidarlar üçün icra hakimiyyəti strukturu ön cəbhə sayılır və hökumətlə xalq arasında əsas təmas nöqtəsidir. 
Daha bir iddia da deyilir ki, hakimiyyət  icra strukturlarında  ciddi mərkəzləşmə aparmaqla  “oliqarx-qubernator” sistemini aradan qaldırmağa, idarəetməni vitse-prezident (lər)in əlində cəmləməyə hazırlaşır.  Yeri gəlmişkən, prezident ötən həftə 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) icra hakimiyyətləri tərəfindən satın alınmasının dayandırılması barədə fərman imzalayıb. Fərmana görə, bundan sonra satınalmalarla bağlı qərarı prezidentlə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi verəcək. Bu fərman kuluarlarda  icra başçılarının səlahiyyətlərinin tam alınmasına hazırlıq kimi qiymətləndirilir.    
Image result for Baku
 “Yeni Müsavat”ın referendumdan sonra regional idarəetmə strukturunda ola biləcək dəyişikliklərlə  bağlı xəbərləri daha bir mənbə də təsdiq edib. İstiqlal.az hakimiyyətdəki qaynaqlara istinadən yazıb ki,  idarəetməni asanlaşdırmaq üçün 9 vilayət yaradıla bilər. “Vilayətlərin yaradılmasında məqsəd mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq”, deyə, xəbərdə bildirilir. 
 
Bildirilir ki,  vilayətə prezidentin təyin etdiyi şəxs rəhbərlik edəcək. Ancaq yaxın gələcəkdə vilayət rəhbərinin seçki yolu ilə müəyyənləşəcəyi gözlənilir.
 
“Yeni Müsavat”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam