Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Konfirom”mun şokoladını aldı, içindən dəmir çıxdı –Fotolar

 

Ucar sakininin mağazadan aldığı şokoladın içindən dəmir parçası çıxıb. Bu barədə yenixeber.org-a məlumat verən rayon sakini Kamil Əhmədovun sözlərinə görə, məsələ ilə bağlı artıq iqtisadiyyat naziri Şahin Mustafayevə məktub göndərib.

Ucar sakininin sözlərinə görə, mağazadan aldığı şokolad Bakıda Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC tərəfindən istehsal olunur: “23 mart 2018-ci il tarixində  çay içən zaman şokoladın içindən dəmir qırıntısı çıxdı. Bu şokoladı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC istehsal edir. “Floriya Rossi” adlı şokolad və kağızını subut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər də var. Əgər diqqətli olmasaydım dəmir parçası mənə zərər verə bilərdi.

Buna görə də şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb, qanunsuz fəaliyyətlə məşğul olan  Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir. “Darenka”, “Bəhri” və “Floriya Rosii” adlı zay, xarab, təhlükəli yeyinti məhksullarını yalançı reklamlarla vətəndaşlara sırayan “Konfirom” MMC-nin məhsullarını Azərbaycan bazarından çıxarılmalı və insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir”.

Məsələ ilə bağlı “Konfirom” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam