Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir –(BİNƏQƏDİDƏ)Reportaj

 

 Bakının Rəsulzadə qəsəbəsində piyada keçidini bağlayaraq magistral yolun üstündə obyekt tikirlər.

Yenixeber.org: Bu barədə “Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb. Fotolardan aydın olur ki, tikintidə heç bir norma və qaydalar gözlənilməyib.

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovBinəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov

Millət vəkilinin “Favorit”liyi

Piyadalar üçün şərait isə qətiyyən nəzərə alınmayıb. Avtomobil saxlanması üçün yer də nəzərdə tutulmayıb.

Sakinlərin sözlərinə görə, piyada keçidinin bağlanması onların gediş-gəliş imkanınını çətinləşdirib.

Onlar deyirlər ki, bu hal misli görünməmiş qanunsuzluqdur. Binəqədi icra hakimi Xaləddin İsgəndərovu qınayan sakinlər deyirlər ki, ərazini satan özüdür.

Feysbukda yazılan şərhlərin birində qeyd olunub ki, həmin obyekt deputat hacı Madər Musayevə aiddir. Binəqədinin deputatı olan hacı Madər biznesmen kimi da çox tanınır.

Madər MusayevMadər Musayev

Hacı Madər Milli Məclisin iclaslarında da mütəmadi iştirak etmir. Ona növbətçi deputat da söyləmək mümkündür.

Çünki Binəqədinin millət vəkili Milli Məclisin iclaslarında darıxır. Ona parlamentdə gedən müzakirələr maraqlı gəlmir.

O baxımdan sessiyalarda, iclaslarda gedən qızğın polemikalar, qanun layihələrinin müzakirəsinə qatılmır.

M.Musayevin belə olmasını həmkarları da qəbul ediblər. Hacı Madər “ağzına su alıb oturan” deputatların siyahısında başda gedir.

O, ard-arda 5 dəfə millət vəkili seçildiyi Binəqədidə əsl biznes toru qurmağı bacarıb.

Bu baxımdan yalnız deputata bağlılığı şübhə doğurmayan “Favorit” marketlər şəbəkəsinin adını çəkmək yetərlidir.

Məlumatlara görə, Madər Musayevə məxsus “Favorit” marketlər şəbəkəsi 2013-cü ilin avqustun-dan fəaliyyətə başlayıb.

Bələdiyyə sədri ilə bazarlıq

Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur, sadəcə, yaxın adamlarının adına sənədləşdirilib.

Bundan əlavə, Hacı Madərin adamı olaraq bilinən Biləcəri bələdiyyə sədriiİlham Xəlilov qəsəbəni demək olar ki, deputat və özü üçün özəlləşdirib.

Elə bu üzdəndə bu gün Biləcəridəki bütün böyük ticarət obyekləri və ət dükanları keçmiş qəssab, bu günkü millət vəkili Hacı Madər Musayevə məxsusdur. Məhz bu xidmətin qarşılığında Hacı Madər İlham Xəlilovu qoruyur.

Qeyd edək ki,Milli Məclis hələ Ali Sovet olan vaxtdan, 1990-cı ildən hər kəsin Hacı Madər kimi tanıdığı Madər Musayev deputatdır.

Azərbaycanda 4-5 deputat var ki, bütün çağırışlarda millət vəkili seçiliblər, onlaradan biri də Hacı Madərdir.

Hacı Madər həm də Milli Məclisdə “ağzına su alıb” oturan deputatların başında gəlir. Bu günə kimi Hacı Madərin hansısa təklifi irəli sürdüyünü heç kim nə görməyib, nə də eşitməyib.

Zahid Oruca “pas” vermək…

Hacı Madər hətta o qədər az danışandır ki, bir dəfə öz danışmaq hüququnu Zahid Oruca verib.

Onu da deyək ki, millət vəkili o vaxt niyə Müstəqillik Aktına imza atmamasından danışmışdı.

Onun sözlərinə görə, adı müstəqilliyə imza atmayanlar arasında olsa da, bunu ondan istəyib-istəmədiyini soruşmayıblar:

“Həmin vaxt kimsə mənə yaxınlaşıb soruşmamışdı ki, “sən müstəqillik istəyirsən, yoxsa, yox?! Əsarətdə yaşayan xalq necə müstəqilliyə yox deyə bilər ki!

Bəlkə də, həmin ərəfələrdə söhbət əsnasında müstəqilliklə bağlı danışıqlar olub və mən də “Müstəqillik Aktına imza atmayacam” demişəm. Amma, konkret olaraq, “müstəqillik istəmirəm” deyib canfəşanlıq göstərməmişəm”.

Deputatın bu açıqlaması özünü ifşa etməkdir. Sanki Hacı Madərə dəvətnamə göndərməli, ondan ayrılıqdan müstəqillik barədə soruşmalıydılar…Emil/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam