Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xaləddin İsgəndərov Bakıda zeytun bağını məhv etdirir- FOTOLAR

 

İcra başçısı Bakıda zeytun bağını məhv etdirir - FOTOLAR
Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsini məhv etdirərək, ərazidə tikinti işlərinə başlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə tendensiya.com-a ətrafda yaşayan sakinlər məlumat veriblər. Hadisə yerinə yollanan Tendensiya.com-un əməkdaşı xəbər verir ki, zeytun bağının bir hissəsi icra hakimyyəti tərəfdən məhv edilib. Məhv edilən agacların yeri isə daş hasara alınıb. Hazırda ərazidə ağır texnika işləyir və böyük bir tikili üçün fundament qazılır.

Ətrafda yaşayan sakinlərin etirazlarına baxmayaraq, Xaləddin İsgəndərov Binəqədi polisini əraziyə cəlb edərək, zeytun bağının bir hissəsində tikinti işlərini intensivləşdirib. Sakinlər Binəqədi rayon icra başçısı ilə yanaşı başqa məmurların da zeytun bağının ərazisinin məhv edilməsində maraqlı olduğunu bildirirlər.

Xatırladaq ki, zeytun bağının hazırda məhv edilməkdə olan hissəsi Heydər məscidinin yaxınlığında yerləşir.

Bu arada xüsusi ilə onu da qeyd etmək lazımdır ki, vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması ilə Xaləddin İsgəndərov üçün geri sayım başlayıb. Görünür, vəzifəsindən hər an azad olunacağını düşünən Xaləddin İsgəndərov icra başçısı kimi son həmlələrini edərək, zeytun bağını məhv etdirir…
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir - FOTOLAR
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir - FOTOLAR
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir - FOTOLAR
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir - FOTOLAR
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir - FOTOLAR
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir - FOTOLAR

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam