Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Sakinlər səksəkədə:Xaləddin İsgəndərov binanı Hələbə çevirib-Fotolar

Sakinlər səksəkədə:

 “Biz neçə ildir ki, qəzalı binada qəzanı gözləyə-gözləyə, səksəkə içində yaşayırıq”.  

Yenixeber.org: Bu sözləri  Bakının Binəqədi rayonunda, Mədəni Maarif kollecinin yaxınlığındakı binada yaşayan sakinlər deyirlər.

7-ci mikrorayon ərazisi, “Oazis” restoranı ilə üzbəüz yerləşən bina Hələb şəhərində İŞİD-in partlayışlarından sonra acınacaqlı vəziyyətə düşmüş binalara oxşayır.

Sakinlərin əksəriyyəti məcburi köçkünlər olan bu bina nə köçürülür, nə təmir-bərpa işləri aparılır: balkonlarda zivələrdən asılmış paltarlar, bir-birinə dolaşmış xətlər, uçub-tökülmüş, çürümüş pəncərələr, üfunət iyi verən zirzəmi, pəncərələrdən asılmış zibil selofanları, bloklarda gəzişən siçovullar, uçub dağılan döşəmələr, şəraitsizlik – sözügedən yaşayış binasının gündəlik mənzərəsidir.

Şəhərin belə bir yerində, göz qabağında bərq vuran binanın ətrafında göydələnlər, yeni tikilməkdə olan komplekslər təzadlı bir görüntü yaradıb.

Ancaq Binəqədi rayon İcra Hakimiyyəti də, “Qaçqınkom”un Binəqədi şöbəsi də binanın domino daşı kimi çökməyini gözləyirlər.

Sakinlər Binəqədi icra başçısı Xaləddin İsgəndərova etdikləri cavabsız müraciətlərin və “Qaçqınkom”un verdiyi “gözləyin” cavabının ardınca oturub talelərinin axırının necə olacağını gözləməkdədirlər.

Bir tərəfdən Bakının görkəmini pozan, digər tərəfdən sakinlərin bərbad vəziyyətdə yaşayışına səbəb olan bu bina tamamilə sökülməlidir.

Sakinlər bildirirlər ki, Binəqədinin icra başçısı X.İsgəndərov, rayonun deputatları – Hacı Madər Musayev, Kamaləddin Qafarov sözügedən binada yaşayanlarla bircə dəfə  görüşməyiblər.

Məcburi köçkünlər isə “Qaçqınkom” sədri Əli Həsənovun onları nə zaman plana salacağı günün həsrəti ilə yaşayırlar.

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovBinəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov

Yada salaq ki, bu ili noyabrın 10-da Binəqədinin H.Babaşov küçəsindəki təcili tibbi yardımın yarımçıq qalmış qəzalı binasında məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.

Onların Xətai rayonunda, Mehdiabad qəsəbəsində və Ramana qəsəbəsində yeni inşa olunmuş mənzillərə köçürülməsi ilə bağlı püşkatma tədbiri keçirilib.

Problemindən bəhs etdiyimiz binanın sakinləri də belə bir köçürmənin olacağına ümid edirlər.

4

Onu da deyək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektor müdiri Abuş Məmmədovdur.Emil Salamoğlu/AzEuroNews/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam