Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiyadan seçkiqabağı “Xəncər” zərbəsi-VİDEO

 

Rusiya Müdafiə Nazirliyi ölkədə keçiriləcək prezident seçkilərinə bir neçə gün qalmış prezident Vladimir Putinin bu günlərdə açıqladığı yeni silahlardan birinin-“Kinjal” (“Xəncər”) aviasiya raket kompleksinin döyüş sınağının keçirildiyi barədə məlumat yayıb.

Yenixeber.org:Müdafiə Nazirliyinin məlumatına əsasən Rusiya Hava Kosmik Qüvvələrinin MiQ-31 qırıcısının ekipajı hipersəs sürətli, yüksək dəqilikli aviasiya raket kompleksinin təlim-döyüş sınağını uğurla həyata keçirib. Raketin buraxılması ştat rejimdə baş verib, “Kinjal” verilmiş hədəfi yüksək dəqiqliklə vurub.

“Qırıcının uçuşu Cənub hərbi dairəsinin ərazisindəki aerodromlardan birindən təcrübə-döyüş növbətçiliyi çərçivəsində həyata keçirilib”-nazirlik bildirir.

Rusiya Müdafiə Nazirliyi onu da bildirir ki, sınağın yekunlarına əsasən “Kinjal”ın taktiki-texniki göstəriciləri və zaman göstəriciləri təsdiqlənib. “MiQ-31 təyyarəsinin yüksək uçuş-texniki xarakteristikası və radilokasiya qurğularına “görünməyən” aeroballistik raketin yüksək manevrliliyi sayəsində “Kinjal”ın dünyada analoqu yoxdur”-məlumatda deyilir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu günlərdə Federal Məclisə müraciətində “Kinjal” raket sisteminin sınaqlarına dair görüntüləri təqdim edib. Putin deyib ki, ötən ilin dekabrında kompleks Cənub hərbi dairəsinin aerodromlarından birində təcrübə-dəyüş növbəsinə götürülüb. Səsdən dəfələrlə iti uça bilən “Kinjal” 2 min kilometr məsafədə dəniz və quru hədəflərini yüksək dəqiqliklə vurur, adi və ya nüvə başlığı daşıya bilir.

Hərbi ekspertlərə görə “Kinjal” ABŞ-ın təyyarədaşıyan gəmi qruplaşmasına qarşı hazırlanıb. Bu raket istənilən raketdən və havadan müdafiə sistemlərindən yayınaraq əvvəlcədən proqnozlaşdırılmayan trayektoriya üzrə hərəkət edir.(Virtualaz)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam