Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ABŞ MƏXFİ XİDMƏTİ:Dolları və prezidenti qoruyan, milyardlıq büdcəsi olan təşkilat..

Birləşmiş Ştatların Məxfi Xidməti (United States Secret Service-USSS) Təhlükəsizlik Nazirliyinin (Department of Homeland Security, DHS) tabeliyində olan federal agentlikdir. 

Yenixeber.org: DHS 2001-ci ildə baş verən məşhur 11 sentyabr teraktından sonra yaradılıb. Məqsədi də milli təhlükəsizliyin təminatını koordinə etməkdir. Qurum fəaliyyətə başlayandan dərhal sonra özündən xeyli əvvəl yaradılmış bir sıra təşkilatları tabeliyinə götürüb. Belə təşkilatlardan biri də 1865-ci ildə əsası qoyulan ABŞ Məxfi Xidmətidir. 

 

Hər şey puldan başladı…

 

DHS-ə qədər Məxfi Xidmət Maliyyə Nazirliyinə tabe idi. Və əsas fəaliyyət istiqaməti saxta pulların və qiymətli kağızların hazırlanmasına, yayılmasınaqarşı mübarizə idi.  

1883-cü ildən Məxfi Xidmət müstəqil təşkilat kimi tanındı və 1894-cü ildən etibarən ABŞ prezidentlərinin mühafizəsini təmin etməyə başladı. Beləliklə,həm yüksək rütbəli şəxsləri, həm də milli maliyyə sistemini qoruyan unikal bir quruma çevrildi. 

Məxfi Xidmət bu ənənəni bu gün də davam etdirir. Onun əsas vəzifəsi ABŞ valyutasının saxtlaşdırılmasını önləmək, eyni zamanda prezidenti, vitse-prezidenti, onların yaxınlarını, yüksək vəzifəli məmurları, keçmiş prezidentləri və onların həyat yoldaşlarını, prezidentliyə və vitse-prezidentliyə namizədləri, xarici ölkələrin təmsilçilərini qorumaqdır. 

 

6500 əməkdaş, 135 bölmə…

 

 

2016-cı ilin noyabrında Xidmətin əməkdaşları keçirdikləri əməliyyat zamanı rekord məbləğdə (30 milyon dollar) saxta dollar müsadirə etmişdilər. Həmçinin saxta pulların istehsalı üzrə 6 gizli sex və 8 çap qurğusu məhv edilmişdi. Bu, saxta dollarların sıradan çıxarılması baxımından qurumun tarixində ən nəhəng əməliyyat idi.

6500 əməkdaşı olan agentlikdə xüsusi agentlər, əməliyyatçılar, analitiklər də çalışır. Məxfi Xidmətin ABŞ-ın hər bir ştatında, eləcə də ölkə xaricində şöbələri var. 

Qurumun büdcəsi bir milyard dollardan artıqdır. Bu da ABŞ-da 120, xaricdə isə 15-ə yaxın (Paris, London, Moskva, Bon, Roma, Milan kimi, iri şəhərlərdə)nümayəndəlik saxlamağa imkan verir. 

Vacib tədbirlər zamanı (dünya turları, xarici səfərlər) Məxfi Xidmət maliyyələşmədə hər hansı korluq yaşamır. Məsələn, keçmiş prezident Barak Obamanın 2009-cu ildə Rusiyaya səfəri zamanı ABŞ liderini 800-dən artıq insan müşayiət etmişdi. Onlardan 50-si iş adamı, 20-si siyasətçi, yerdə qalanlar isə mühafizəçilər idi. Halbuki işgüzar səfərlərdə mühafizəçilərin sayı 250 agenti keçmir.  

 

 

Ağ Evin Məxfi Xidmətinin polis qolu (Uniformed Division) da var. Və onun vəzifəsi Ağ Evin və Vaşinqtondakı dimlomatik missiyaların mühafizəsini təmin etməkdir. 

Uniformed Division əvvəllər Ağ Evin polis qüvvələrinin (White House Police Force) nəzdində olub. 1971-ci ildə Mühafizənin İcrası Xidməti (Executive Protective Service) kimi Məxfi Xidmətə köçürülüb. 1979-cu ildə də Ağ Evin polis qüvvələri (Secret Service Uniformed Division) adlandırılıb. 

Məxfi Xidmətin strukturunda iki ayrı idarə var. Onlardan biri şəxslərin mühafizəsi ilə məşğul olur, o biri də obyektlərin. Bu idarələrin əməkdaşları arasında fərq ondan ibarətdir ki, biri ştat olaraq, o biri də forma olaraq polisə bənzəyir. 

 

Xarici səfərlər 


 

Prezidentin xaricə şəxsi və ya işgüzar səfərlərinə hazırlıq xeyli əvvəldən başlayır. Səfər ərəfəsi plan tərtib olunur, Məxfi Xidmətin gediləcək ölkədəki bölməsinin təhlükəsizlik əməkdaşları ilə sıx işbirliyi başlanır. 

Prezidentin bütün addımları qeydə alınır və kəşfiyyat məlumatlarına əsaslanaraq ən xırda detallara qədər razılaşdırılır. 

"Avanqard" (Vaşinqtondan gələn dəstə) diqqət çəkmədən marşrutun və görüşün hər yerini (ərazinin relyefini, ətrafdakı binaların xüsusiyyətlərini) yoxlamadan keçirir. 

Və gözlənilməz vəziyyətlər yaranacağı təqdirdə istifadə olunacaq əlavə marşrutları, təxliyə yollarını, yaxınlıqdakı tibb müəssisələrini müəyyənləşdirir.  

Əgər səfər təhlükə riski yüksək olan ölkəyə planlaşdırılırsa, mühafizə dəstəsi ərazi yoxlamasının müddətini iki aya qədər uzada bilir. Belə hallarda snayperlərin gücləndirilməsinə diqqət edilir.

ABŞ prezidentləri xarici səfərlər zamanı dövlət rezidensiyalarında yox, otellərdə qalır. Ona görə də otelin böyük bir hissəsi prezident və onu müşayiət edənlər üçün götürülür və etibarlı müdafiə tədbirləri görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam