Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Hər səhərim ölüm, dağıntı və xaosla açılır"

 

Amerikalıların çoxu hər səhər günlərinə qara qəhvə içə-içə son xəbərlərin nəzərdən keçirilməsi ilə başlayır. Onların prezidenti Barak Obamanın səhər içkisi qəhvə deyil, oxuduğu da qəzet xəbərləri yox, daha ağır kitabdır.

"Xerberinfo.com":  "Mənə ölüm, dağıntı, münaqişə və xaosla dolu qalın bir kitab verirlər. Səhər çayı arxasında onu oxuyuram" - deyə prezident vox.com saytına müsahibəsində öz səhərini təsvir edir.

Onun dediyi kitab rəsmi olaraq "Prezidentin məlumat gündəliyi" adlanır. Həftənin 6 günü onun ən yaxın köməkçiləri tərəfindən hazırlanan bu məxfi məlumatları prezident saat 9:30-da təhlükəsizlik üzrə müşavirləri ilə müzakirə edir.

Geniş müsahibəsində Obama əsasən ABŞ-ın xarici siyasəti ilə bağlı sualları cavablandırır. Əsas problemlərdən biri kimi İraq və Suriyadakı İŞİD yaraqlılarının hücumlarını sayan Obama deyir ki, ABŞ münaqişə baş verən hər bir ölkəyə müdaxilə edə bilməz.

Regionda zorakılığın artdığını etiraf etsə də Barak Obama əmindir ki, bəşəriyyət daha təhlükəsiz bir dünya istiqamətində inkişaf edir.

Onun hər səhər oxuduğu "kitab" isə əslində xüsusi iPad-dır. Ağ Evin əməkdaşları xüsusi kibermühafizə sistemi olan bu iPad-a Mərkəzi Kəşfiyyat İdarəsindən gələn günün bütün məxfi sənədlərini yükləyirlər. Bildirilir ki, burada ABŞ təhlükəsizliyi və dünyanın müxtəlif ölkələrində baş verən hadisələrlə bağlı məlumatlar verilir. Tam məxfi olan bu sənədlərin məzmunu çox az adama məlumdur və demək olar ki, heç vaxt, hətta üstündən uzun müddət keçəndən sonra belə açıqlanmır.

Lakin istisnalar da var. Məsələn, 11 sentyabr terrorunun araşdırılması zamanı prezident Corc Buşa 2001-ci il, avqustun 6-da daxil olan məxfi məlumatın məzmunu açıqlanmışdı. Çünki həmin gün ABŞ prezidentinə daxil olan hesabatlar arasında "əl-Qaidə"nin böyük terror əməliyyatı hazırlaması haqda xəbərdarlıq da var idi.

Tarixi məlumatlara inansaq, gündəlik məxfi hesabatlarla tanışlıq təcrübəsinə ilk dəfə ABŞ prezidenti Henri Trumen müraciət edib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam