Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Trampın Lavrova “tam məxfi” məlumat ötürdüyü ortaya çıxdı -"Washington Post" yazır

Trampın Lavrova “tam məxfi” məlumat ötürdüyü ortaya çıxdı -

 

"Washington Post" qəzeti Donald Trampla Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşü ilə bağlı qalmaqallı iddia ortaya atıb.

Yenixeber.org:  Qəzet iddia edib ki, prezident Tramp rusiyalı nazirə tam məxfi məlumat ötürüb. 

Məlumatın İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilib. Qəzetin istinad etdiyi indiki və keçmiş amerikalı anonim məmurlar informasiyanı “tamamilə gizli” olaraq dəyərləndirsələr də, onu şərh etməkdən imtina ediblər. Qəzet isə yazır ki, həmin informasiyanın Lavrova çatdırılması İŞİD-lə bağlı kəşfiyyat xarakterli məlumat ötürən çox əhəmiyyətli mənbəni risk altında qoyub. 

Həmin məlumat, hətta amerikanın bir sıra yüksəkvəzifəli məmurları üçün də sirr olub. 

Ağ Ev isə qəzetin iddiasını yalan adlandırıb. Lakin bu, KİV və demokratların Trampı kəskin tənqid etmələrinə mane olmayıb. 

Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisinin birinci müavini Dina Pauell isə bildirib ki, Tramp Lavrovla ancaq iki ölkənin qarşılaşdığı ümumi təhdidləri müzakirə ediblər.

ABŞ-ın nüfuzlu respublikaçı senatoru Con Makkeyn isə hesab edir ki, prezidentin gizli məlumatı açıqlamasına ehtiyac yox idi, lakin bütün hallarda dövlət başçısının belə bir hüququ var. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam