Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

MÜXALİFƏTİN BÖYÜK GÖRÜŞÜ OLUB???

MÜXALİFƏTİN BÖYÜK GÖRÜŞÜ OLUB???

 

GÖRÜŞ SABİR RÜSTƏMXANLININ TƏŞƏBBÜSÜ İLƏ VHP-DƏ BAŞ TUTUB 

Yenixeber.org: Bu gün duydum ki, bir neçə gün əvvəl Sabir Rütəmxanlının dəvəti ilə, Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında ölkənin tanınmış müxalif partiya sədrlərinin və siyasi xadimlərin 3 saatdan artıq çəkən görüşü keçirilib. Ölkədəki ictimai-siyasi vəziyyət, xalqın get-gedə pisləşən iqtisadi-sosial durumu, eləcə də regional və beynəlxalq aləmdə baş verən qlobal hadisələrin nəticəsində yaşanan prpseslərin fonunda Qarabağ problemi ilə bağlı ətraflı müzakirələr keçirilib. Duyduqlarımdan o da bəlli oldu ki, görüşə qatılmaqdan imtina edən Əli Kərimli, Və Bakıda olmadığı üçün tədbirə gələ bilməyən Etibar Məmmədovdan savayı, tanınmış partiya sədrlərinin və siyasi xadimlərin tam əksərriyyəti müzakirələrdə iştirak ediblər.

 

Görüşün sonunda mediadan cəmiyyətə təqdim edilmək üçün müxalifət liderlərinin birgə fotolarının çəkilməsinə, prosedur qaydaları əvvəlcədən təyin olunmadığına görə İsa Qəmbər tərəfindən etiraz edilib. Bu xırda insindent xaricində, tədbir ciddi müzakirələr və qarşılıqlı anlaşma şəraitində başa çatıb. Bu arada o da  bildirilir ki, bu cür görüşlərin, sıra ilə, digər partiyaların qərargahlarında da təşkili haqda prinsipial razılaşma əldə olunub və növbəti belə görüşün Müsavat partiyasının qərargahında keçiriləcəyi gözlənilir.

Amma çox maraqlıdır ki, Sabir Rüstəmxanlının təşkilatçılığı və dəvəti ilə keçirilən və son illər ərzində ilk dəfə baş tutan müxalifət liderlərinin geniş formatda böyük görüşü və orda keçirilən müzakirələr barəsində, nə ölkədə mövcud olan görüntülü mediada, nə qəzetlərdə və sosial şəbəkələrdə, nə də aparıcı xəbər portallarında hər hansı məlimat getməyib, adicə informasiya belə verilmiyib, görən niyə???(!!!)

Sərdar ƏLİBƏYLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam