Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Dmitri Medvedev qlobal möhtəkirlərə xidmət edir...”-RUSİYALI EKSPERT

“Dmitri Medvedev qlobal möhtəkirlərə xidmət edir...”-

 

“Amerika hər an Rusiyanın 109 mlrd. dollarlıq dövlət aktivlərini dondura bilər...”
Yenixeber.org: “Rusiyanın ABŞ-a qarşı son kontr-sanksiyaları – Amerika səfirliyi əməkdaşlarının ölkədən  çıxarılması, səfirin bağ evi və anbarının müsadirə edilməsi və s. tədbirlər düzgün olsa da, gecikmiş və yarımçıqdır. Ona görə də qənaetedici deyildir.  Hazırda Rusiya qarşısında artıq ABŞ-la münasibətlərin  səviyyəsi və formatı məsələsi deyil, öz pul vəsaitinin, özü də çox əhəmiyyətli vəsaitin -109 mlrd. dolların xilas edilməsi durur...” 
Moderator.az xəbər verir ki, bu cümlələri  Rusiya Qloballaşma Problemləri İnstitutunun direktoru Mixail Delyaqin öz yeni məqaləsində yazır. Onun sözlərinə görə, Rusiyanın beynəlxalq maliyyə ehtiyatlarının ¼-i ABŞ-ın dövlət əskinaslarına çevrilmişdir və bu vəsait istənilən an dondurula bulər. Ekspert xatırladır ki, Amerika İran, Şimali Koreya və Suriyanı düşmən elan etdikdən sonra onların  on milyardlarla dövlət aktivlərini dondurdu.
M.Delyaqin qeyd edir ki, Rusiyaya qarşı sanksiyalar barədə Konqresin qəbul etdiyi qanun layihəsi, sadəcə, Avropanı “azadlığı” müqabilində Ukraynadan da çox vəsait ödəməklə Rusiyanın “totalitar” qazı əvəzinə Amerikanın “demokratik” qazını almağa məcbur etməyə cəhd deyil. “Həmin qanun layihəsi öncədən Rusiyanın aktivlərinin dondurulmasının nəticələrinin təhlilini nəzərdə tutur. Başqa sözlə, bu, belə dondurulmanın başlanmasına hazırlıqdır”-deyə ekspert vurğulayır.
“Gecikmə nəhəng itkilərlə nəticələnə bilər. Çünki 109 mlrd. dolların dondurulması ölkədə panikaya və dağıdıcı devalvasiyaya səbəb ola bilər. Hələ hazırda etibarlı görünən bir sıra Rusiya banklarının iflasını  demirik...”.  Ekspertin  məqaləsində belə deyilir.
Eyni zamanda M.Delyaqin hesab edir ki, bu məsələdə  Dmitri Medvedevin liberal hökumətinə  və Elvira Nabiullinanın  Mərkəzi Bankına güvənmək əbləhlik olardı. Ekspertin fikrincə, adları çəkilənlər Rusiyaya deyil, ABŞ başda olmaqla qlobal möhtəkirlərə xidmət edirlər.
Sultan Laçın

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam