Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəlbəcər girovlarının dəyişdirilməsi gündəmə gələ bilər

 

Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen 17-18 iyul tarixində Dağlıq Qarabağa səfər edib. Bundan sonra onların Bakıya gələcəyi gözlənilir.

Yenixeber.org: Bu barədə İşçi Qrupun Azərbaycandan olan həmsədri Əvəz Həsənov məlumat yayıb. Məlumatda müzakirə olunacaq məsələlər barədə heç nə yeyilmir.

qru

Ehtimal etmək olar ki, bu səfər və qarşıda Bakıya gözlənilən səfərlər zamanı İşçi Qrup Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün erməni tərəfinin irəli sürə biləcəyi şərtləri öyrənməyə çalışacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda da iki nəfər erməni diversant Zaver Karapetyan və Arsen Baqdasaryan saxlanılır. Onların Kəlbəcər girovları ilə dəyişdirilməsi variantı da müzakirə oluna bilər.

er

Bundan başqa son vaxtlar Kəlbəcər girovlarının sağlıq durumunun yaxşı olmadığı bildirilir. İşçi Qrup üzvlərinin Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşməsinin mümkünlüyü də ehtimal oluna bilər.

Hələlik bu səfərlə bağlı başqa məlumat verilmir. Yaxın zamanlarda İşçi Qrupun həmsədrlərinin Bakıya səfəri zamanı bəzi mətləblərin aydınlaşacağını gözləmək olar. Bütün hallarda bu səfər Kəlbəcər girovlarının taleyinin aydınlaşmasında mühüm addım ola bilər.

Dağlıq Qarabağa səfərlərə həssaslıqla yanaşan rəsmi Bakının bu səfərə reaksiya verməməsi deməyə əsas verir ki, həmsədrlər Xankəndinə Azərbaycan hökumətinin icazəsi ilə gediblər. Əgər bu səfərə razılıq verilibsə deməli müzakirə olunacaq mətləblərdən rəsmi Bakı da xəbərdardı. Bu isə o deməkdir ki, rəsmi Bakı prosesdən xəbərdardır.

frontline.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam