Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Girovlarımızla bağlı aksiya keçirildi

 

Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinin önündə aksiya keçiriləcək.
"Xeberinfo.com":  Bu barədə azvision.az-a açıqlamasında D.Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. O, qeyd edib ki, girovların geri qaytarılmaları ilə bağlı bir sıra Avropa ölkələrində aksiya və tədbirlər təşkil olunacaq:“Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov ölkəmizə gəlib. O, Gürcüstanda girovlarla bağlı aksiya təşkil etmişdi. Moskvada və bir neçə Avropa ölkələrində girovların azadlığa buraxılması tələbi ilə aksiya keçirmək fikirindəyik. Həmçinin Starsburqdakı Avropa Məhkəməsinin önündə də aksiya keçiriləcək”.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam