Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ZAMANIN HÖKMÜ:Tarif şurasına

ZAMANIN HÖKMÜ:

 

 

“ÖLÜM HÖKMÜ GERİ QAYTARILMALIDIR”

 

Xeberinfo.com:   Saytların birindən verilən məlumat və doğmalarımızdan ikisinin mətbuatdakı və saytdakı tənqidlərimin özümə qarşı çevriləcəyini acıq və hirslə deyib  kobud tərzdə danışmaları,ömrümün sonunu haqladığım bir vaxtda mənə olduqca pis təsir etdi,həm də məni darıxdırdı. Mənim yaxınlarımın özlərinin ömürlərinə vurduqları sağalmaz yaralar haqqında isə düşünmürdülər.İstər-istəməz həmin sözlərin mənasını araşdırmağa başladım.

Tənqid- yaxşıvə nöqsan cəhətləri göstərmək məqsədilə keçirilən müzakirə, aparılan təhlil, yazılan rəy;

Təhqir-alçaltma,söymə,söyüş.

Bəs ölüm hökmü haqqında nə demək olar?

Əgər mənim həyatda yaşamaq hüquqlarım tapdanıb yaşamağa imkan verilmirsə uzunqulaq kimi qulaqlarımı sallayıb, gözlərimi örtüb, ağzımı yumub lal olmalıyam ki?Tənqid səhvləri olduğu kimi əks edən aynadır.Tənqidi yazılarıma görə məni təhqir edən yaxınlarım bilsinlər ki, yeriyə bilməyib şikəst olsam da  gözüm görüb dərkim yerində olduğundan yaşamağıma imkan verməyən səlahiyyətli şəxsləri tənqid etməyimdən əl çəkməyəcəyəm. Həm də xatırlatmaq istəyirəm ki, heç bir siyasi partiyanın üzvü deyiləm.

Hal hazırda Tarif şurasının  qərarına əsasən  qazın satış qiyməti iki dəfə,  el. enerjisinin ki isə 57.1 % artırılıb. Keçən ildəki yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 136 manat olmuşsa 2017-ci ildə 164,50 manata çatdırlıb. Yəni 28.50 manat və yaxud 20.95% artırılıb.Deməli satış qiymətlərindəki  el enerjisi üzrə artım əmək haqqını 57.1%:20.95%= 2.72 dəfə, qazda isə 100%:20.95%= 4.77 dəfə üstələyir. Dövlətin öz istehsalı olan enerji daşıyıcılarının satış qiymətlərinin bu həcmədə artırılması Tarif Şurası və İqtisadiyyat nazirliyi tərəfindən müstəqilliyimizə, vətəndaşlara qarşı aşkar sürətdə edilən ən böyük xəyanətdir.Dilsiz rəqəmlər dil açıb deyir ki, qeyd edilən satış qiymətlərində artım əmək haqqı artımından dəfələrlə çox yox,20.95 %-dən çox artırmaq olmaz, olmaz, olmaz.

İnsanın yaşayışında geyiminə,dəbdəbəli həyat sürməsinəqənaət etmək mümkündür. Ancaq yeməyə, soyuqdan mühafizə olunmasına (istilik sistemi stabil deyil), dərman preparatlarına qənaət etmək mümkünsüzdür.Hal hazırda aldığım 204manar təqaüd özdəyərini bir ildən çoxdur ki, hər aydan aya öz dəyərini itirirsə mən nəyə hansı məbləğdə qənaət etməliyəm?

Yüksək vəzifə xatirinə yarınanlara inanmayıb çoxluğu təşkil edən kasıb vətəndaşların əbədi hörmətini ali hakimiyyət qazanmaq istəyirsə el.enerjisinə məsarif üzrə qoyulan limit 300  yox, 500 kilovat saata qədər artırılsa kütləvi narazılıq azalmış olar.Axı təqaüdçü babalar, nənələr, işsiz gəlinlər vəzifələrdə əyləşib dövlət əmlakını mənimsəməklə, mənsəb güdməklə yox, nəvələri sağlam böyütmək üçün verilən təqaüdə qane olmaqla bir təhər yaşamağa ümid bəsləyirlər.

Ümid edirəm ki, düşünməyi bacarmayıb və tənqidi anlamayan enerji dayıcılarının qiymətləriniartırılan əmək haqqından 2.72 və 4.77 dəfə çox artıran Tarif Şurasındakı və İqtisadiyyat nazirliyindəki səlahiyyətlilər Prezitentin“Azərbaycan Respublikasında loqistika və ticarətin inkişafına dair  “Strateji Yol Xəritəsi”layihəsinin qüvvəyə minməsindən sonra cəzalarını alacaqlar.

ZAMANIN HÖKMÜ:

Xalqımız bunu da unutmur ki, dövlətimiz müharibə vəziyyətindədir, bununla yanaşı müharibədə qələbə çalmaq üçün hər bir xərcə qənaət etməli, həm də yaşamalıdır.Büdcə kəsirini aradan qaldırmaq üçün satış qiymətlərini verilən təqaüd və əmək haqqına uyğun gəlməyən artırmalarla yox, Azərbaycan Beynəlxalq bankını, əhalinin, Dövlətin milyard dollarla vəsaitini talayıb Bakıda qızıldan saray tikənlərdən, Dubayda,Byük Britaniyada bahalı villalar alanlardan, ofşor zonalarda (Avropada Lüksemburqofşor zonadır. Bütün ofşor hesablar da bu filialdadır) gizlədilən dollarları  hüquqi qaydalardan istifadə edərək ölkədən yayındırlmışvalyuta ehtiyatları tələb edilməlidir. Valyutanın talanmasına əyanı sübut-Azərbaycanda “9nəfər oliqarxın  6 milyardlıqmaliyyə xəyanəti” ilə bağlı xəbər verilib  (Xeberinfo.com 19.05.2015 və 03.06.2015-ci il). Medianın vaxtında xəbərdarlıqlarına əhəmiyyət verilmədiyi üçün də milyard dollarlar havaya sovruldu.

Bəzən ictimai həyatımızda elə ağıla sığmaz hadisələr baş verir ki, onu dərk etmək mümkün olmur.10.01.2017-ci il tarixdə “AzPolitika.info” saytında belə bir məlumat yayılmışdır: “Bakıda 63 yaşlı müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib”.Sonra qeyd edilir: “filankəs filankəsov (adını yazmıram-E.S.) cinayət məcəlləsinin 150.3.3-cü maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə filankəs filankəsov 12 il müddətinə azadlıqdan məhrum edilib”.

Birisi dövlətin milyard dollar vəsaitinimənimsəyir, dikəri nəvələri yaşda körpələri zorlayır. Məkəmə də bu kimilərini 12 il və yaxud ömürlük azadlıqdan məhrum edir.

Avropa Birliyinə daxil olduğumuz səbəbindən ölüm hökmü bizim respublikada da ləğv edilib.Bir Millət vəkilinin dilindən çıxıb yaddaşımda qalan “ölüm hökmü geriqaytarılmalıdır”dediyini eşidəndə təəccübləndim. İndi isə təəccüblənmirəm. Cinsindən və vəzifəsindən asılı olmayaraq bilə-bilə amansız cinayət törədənlərə, küllü məbləğdə dövlətin, vətəndaşların əmlakını mənimsəyənlərə və islah olunmazlara həbs-həbsxana da heyifdir. Ən ağır cinayət törədib, qoyulmış qaydaları  anlamayan bu kimilərinin cəzası ancaq ölüm hökmüdür.Axı formadan insana oxşayıb əməllərində vəhşi heyvanı da o yana keçən belələri-qudurmuşlar nəüçün yaşamalıdırlar?

                   

Quliyev Elxan Sarı o


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam