Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

“Rusiya xüsusi əməliyyatı” – Hər şey tam işğala aparır...

news content


Ekspert: Bir qapıya oyun oynanılır

Yenixeber.org: Gürcüstan vətəndaşları oktyabrın 4-də bələdiyyə seçkilərində iştirak ediblər. Onlar 64 meri – beş özünü idarə edən şəhərin və 59 rayonun rəhbərini seçiblər. Namizədin qalib gəlməsi üçün seçicilərin səslərinin 50 faizindən çoxunu toplaması tələb olunurdu.

Bundan əlavə, 64 yerli məsləhət orqanına – sakrebuloya – 2 mindən çox deputat seçilib. Partiyalar üçün seçki baryeri 4 faiz müəyyən edilib.

Səkkiz aparıcı müxalif qüvvəsi bu seçkiləri “səhnələşdirilmiş tamaşa” və “Gürcü Arzusu”nu leqitimləşdirmək üçün “Rusiya xüsusi əməliyyatı” adlandıraraq seçkidə iştirakdan imtina edib. Onlar tərəfdarlarını seçkiləri boykot etməyə və Tbilisidə etiraz aksiyasına toplaşmağa çağırıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) müxalifətin planlaşdırdığı etiraz aksiyası ilə bağlı Tbilisinin müxtəlif yerlərində polis qüvvələrinin səfərbər edildiyini bildirib. Qurum aksiyanın təşkilatçılarını və iştirakçılarını qanun çərçivəsindən kənara çıxmamağa, polis tələblərinə tabe olmağa və onların fəaliyyətinə mane olmamağa çağırıb. DİN xəbərdarlıq edib ki, hər bir qanun pozuntusuna dərhal reaksiya veriləcək.

Etiraz aksiyası bələdiyyə seçkiləri ilə eyni vaxtda Tbilisidə keçirilib. Aksiyanı prosesi boykot edən səkkiz müxalifət partiyası təşkil edib. Aksiya saat 16:00-da başlayıb. 

DİN bazar gününə keçən gecə aksiya təşkilatçılarından beş nəfəri, o cümlədən “Milli Hərəkat” partiyasının üzvü Murtaz Zodelavanı və opera müğənnisi Paata Burçuladzeni hakimiyyəti devirməyə çağırış və qrup şəklində zorakılıq təşkil etmə ittihamı ilə saxlayıb. Onları 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gürcüstan prezidenti Mixeil Kavelaşvili bəyan edib ki, Tbilisidəki kütləvi iğtişaşları – iştirakçıların onun iqamətgahına soxulmaq cəhdlərini – xarici xüsusi xidmət orqanları idarə edib. Gürcüstanın baş naziri İrakliy Kobaxidze isə eks-prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının ölkədə “maydan” təşkil etməyə cəhd etdiyini bildirib.
“Ölkədə maydan və ya iğtişaş yaratmaq cəhdlərinin hamısı cəzalandırılacaq”, – deyə baş nazirin deyib.

Bundan əlavə, Kobaxidze hesab edir ki, Tbilisidə baş verən iğtişaşlara görə məsuliyyət Avropa İttifaqının səfirinin üzərinə düşür, çünki Aİ nümayəndələri ölkədəki iğtişaş cəhdlərini dəstəkləyiblər: “Siz bilirsiniz ki, bəzi xarici şəxslər, o cümlədən Aİ nümayəndəsi konstitusiya quruluşunun devrilməsi cəhdinə açıq dəstək ifadə ediblər... Bununla bağlı Aİ-nin Gürcüstandakı səfiri baş verənlərə görə xüsusi məsuliyyət daşıyır. O, xoş niyyət nümayiş etdirərək, çıxış etməli, baş verənləri bölüşməli və Tbilisi küçələrindəki hadisələri qətiyyətlə pisləməlidir. Bu, onun birbaşa vəzifəsidir, xüsusən də biz konstitusiya quruluşunun devrilməsinə yönəlmiş bəyanatların şahidi olduğumuz şəraitdə. Görək, onların reaksiyası necə olacaq”.

Nəticədə, iqtidarda olan “Gürcü Arzusu” partiyası ölkənin bütün 64 bələdiyyəsində qalib gəldiyini bəyan edib.

Maraqlıdır, “Gürcü Arzusu”nun bütün Gürcüstan üzrə qeyd-şərtsiz qələbəsi nə dərəcədə gerçəkliyə uyğundur? Müxalifət bundan sonra nə etməyi planlaşdırır? Mövcud nəticələrə etiraz edəcəklər, yoxsa 2024-cü ilin payızında keçirilmiş parlament seçkilərinin nəticələrinə qarşı çıxmağı davam etdirəcəklər? Nəhayət, iqtidarın müxalifəti “maydan” cəhdində, Aİ səfirini isə guya konstitusiya quruluşunun devrilməsini dəstəkləməkdə ittiham etməsi nə deməkdir?

Pressklub.az-ın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Tbilisidə yaşayan rusiyalı siyasi ekspert Yeqor Kuroptev  qeyd edib ki, Gürcüstan hakimiyyəti Kremlin “Gürcü Arzusu”nu “yeməkdən” məhrum edəcəyi və ya ümumiyyətlə ölkənin Rusiya tərəfindən işğal olunacağı qorxusu içində yaşayır.

Onlar seçkiləri saxtalaşdırır, öz xalqını döyür və həbs edirlər – bütün bunları Putinə xoş gəlmək üçün edirlər. Onların əsas səhvi, dəfələrlə təkrarladıqları illüziyadır: guya Moskvanın ayaqlarını düzgün yalasalar, Kreml onlara hücum etməyəcək. Problem ondadır ki, “düzgün” yol mövcud deyil və Kreml lazım bildiyi an Gürcüstana hücum edəcək. Gürcüstan tərəfdaşlarından nə qədər uzaq düşürsə, ölkənin tam ilhaq olunma ehtimalı bir o qədər də artır. “Gürcü Arzusu” isə Qərb və qonşularla bütün körpüləri yandırmaqla ölkənin işğalını faktiki olaraq təmin edir”, – politoloq vurğulayıb. 

Gürcüstanın Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze hesab edir ki, əsas müxalifət partiyalarının seçkilərdə iştirak etmədiyi, müxalif düşüncəli seçicilərin isə ümumiyyətlə səs verməyə getmədiyi şəraitdə “Gürcü Arzusu”nun qələbəsi təbii idi.

 “Onlar sadəcə öz elektoratını səfərbər edib məntəqələrə gətirdilər. Bu, rəqibin matça çıxmadığı şəraitdə bir qapıya oynanılan oyundur.
Açığı, müxalifətin indi nə edəcəyini bilmirəm. Əslində, onlar dünənə qədər də nə edəcəklərini bilmirdilər. Təbii ki, təkcə müxalifət deyil, Gürcüstan əhalisinin çox böyük bir hissəsi də 2024-cü il parlament seçkilərinin nəticələrini qəbul etmir.
Hakimiyyətin ittihamlarına gəlincə, bunlar sadəcə xarici düşmən axtarışıdır. “Prezident sarayına hücum” imitasiyası onlara belə bəhanə verib. Xüsusi xidmət orqanları həqiqətən də bu proseslərə müdaxilə edirlər. Amma bu xüsusi xidmət orqanları Rusiyanındır”, – Vasadze bildirib.

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam