Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycan şimaldan təhlükə gözləyir -ŞƏRH

news content


Xəzərdə keçirilən döyüş təlimləri təkcə Rusiyaya deyil, həm də Türkiyəyə və Qərbə mesajdır

Yenixeber.org: Azərbaycan-Rusiya münasibətlərində gərginlik yeni mərhələyə qədəm qoyur. Kremlə bağlı təbliğat ruporları, deputatlar Bakını “xüsusi hərbi əməliyyat” keçirməklə, “Çeçenistanın aqibətini” yaşatmaqla təhdid edirlər. İkitərəfli münasibətlərin 30 illik tarixində ilk dəfədir ki, Azərbaycana qarşı bu cür ritorikadan istifadə edilir. Bu zaman dövlətlərarası, xalqlararası münasibətlərin hansı ölçüdə zədələnəcəyi nəzərə alınmır. Rusiya Azərbaycan-Ermənistan konfliktinin öz maraqlarından kənar müstəvidə həllini qəbul etmək istəmir, ümumiyyətlə, Azərbaycanın yürütdüyü xarici siyasətdən məmnun deyil. Kremldə hesab edirlər ki, Bakı Rusiyanın cızdığı sərhədləri tanımır və buna görə onu “yerində oturtmağa” ehtiyac var.

Azərbaycan rəhbərliyi isə bu hədələrə simmetrik cavab verir. Hərbi təhdid elementlərinə Ukrayna ilə ikitərəfli münasibətləri daha da gücləndirmək, hətta silah embarqosunu aradan qaldıracağı mesajını verməklə həyata keçirir.

Gedişat göstərir ki, Rusiya rəhbərliyi təhdid siyasətini dayandırmaq niyyətində deyil, əksinə, ona yeni çalarlar əlavə edir. Bu günlərdə Dövlət Dumasının üzvü Anrey Qurulev və onun bəzi həmkarlarının Kremli Azərbaycanın Xəzərdəki neft-qaz yataqlarına qarşı tədbirlər görməyə, “xüsusi əməliyyat” keçirməyə çağırması qarşıdurmanın miqyasını böyüdür. Milli Məclisin deputatı Rasim Musabəyov bu təhdidlərə cavabında maraqlı fikirlər səsləndirmişdi. Musabəyovun sözlərinə görə, Qurulev və digər rəsmilər Azərbaycanla Rusiya arasındakı sərhədin coğrafi reallıqlarını başa düşmürlər: “Xahiş edirəm, xəritəni açın və baxın. Sizə hərbi akademiyalarda öyrədilənlər hara gedib? Azərbaycan ilə Rusiya sərhədi böyük Qafqaz dağları ilə ayrılır. Siz necə düşünürsünüz ki, bu dağları aşaraq Azərbaycana qarşı xüsusi əməliyyat keçirəcəksiniz? Və ya Azərbaycan sahillərində desant əməliyyatı təşkil edəcəksiniz? Bu, mümkün deyil, bunu etməyə cəhd edənlərin qırıntıları belə qalmaz!”

Deputat əlavə edir ki, Azərbaycan Ordusu hazırda texniki baxımdan və heyət tərkibi baxımından Rusiya Silahlı Qüvvələrinin Qafqaz bölgəsindəki birləşmələrindən qat-qat üstündür: “Azərbaycan ordusu həbsxanalardan toplanan qüvvələrdən ibarət deyil. Rusiyanın Qafqazda birləşdirdiyi ordudan dəfələrlə güclüdür. Rusiya bununla Azərbaycanı qorxutmağa çalışır, amma bu boş işdir...”

Belə bir situasiyada Xəzərdə cari ilin hazırlıq planına əsasən, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirməsi diqqət çəkib.

Məlumata görə, plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.

Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldilib.

Təlimin gedişatını izləyən müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qeyd olunduğu kimi, Xəzərdə Azərbaycan tərəfindən keçirilən hərbi təlimlər əsasən əvvəlcədən hazırlanmış illik və ya çoxillik plan üzrə aparılır. Bu təlimlər həm Dəniz Qüvvələrinin taktiki hazırlığını, həm də su üzərində əməliyyatların, o cümlədən digər qoşun növləri ilə koordinasiyanın yoxlanmasını nəzərdə tutur.

Azərbaycanın enerji infrastrukturuna qarşı şimaldan hədələrin səsləndirildiyi vaxtda Xəzərdə döyüş təliminin keçirilməsi yerinə düşür. Böyük ehtimalla, bu, Moskvada Bakının cavab tədbirlərdən biri kimi qəbul olunacaq.

Xəzər Azərbaycanla sərhəd olan strateji əhəmiyyətli su hövzəsidir. Hərbi təlimlərin vaxtı və intensivliyi, bəzi ekspertlərin fikrincə, rəsmi məqsəddən əlavə, Azərbaycanın hərbi potensialı barədə xəbərdarlıq və mesaj xarakteri daşıya bilər. Tarixi nümunələr göstərir ki, regionda gərginlik artdıqda Rusiya hərbi təlimlər vasitəsilə güc nümayişi edir.

Beləliklə, Xəzərdəki təlimlər həm hərbi hazırlığın göstəricisi, həm də Azərbaycanın və qonşu dövlətlərin diqqətinə çatdırılan strateji siqnaldır. 

Xatırladaq ki, 2018-ci il avqustun 12-də Xəzərin statusuna dair Konvensiya imzalanıb. Bu sənəd Xəzərin hüquqi statusunu müəyyənləşdirdi və sahil dövlətlərinə (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) dəniz resursları, sərhəd və təhlükəsizlik məsələlərində daha aydın hüquqi çərçivə verdi. 

Azərbaycan Milli Məclisi 2019-cu ildə sənədi ratifikasiya edib və bununla Konvensiya Azərbaycan üçün hüquqi qüvvəyə minib.

Ratifikasiya aktı ilə Azərbaycan həm Xəzərin statusuna dair beynəlxalq razılaşmaları tanıyıb, həm də sahil dövlətləri ilə hüquqi öhdəliklərini təsdiqləyib.

Konvensiyanın imzalanmasından sonra Azərbaycan Xəzərdə hərbi təlimlərini artırdı və onları regional təhlükəsizliyi və konvensiya tələblərini nəzərə alaraq planlaşdırdı. Əsas məqamlar belədir:

2019-cüu ildə ilk post-konvensiya təlimləri keçirilib. Təlimlərdə əsas məqsəd Xəzər dənizində dövlət sərhədlərinin qorunması və dəniz nəqliyyatının təhlükəsizliyi idi. Azərbaycan Sahil Mühafizəsi və Dəniz Qüvvələrinin gəmiləri ilə birgə atış, patrul və manevr ssenariləri həyata keçirilib.

2020-ci ildə isə Azərbaycan Xəzərdə simulyasiya əsaslı əməliyyat təlimləri həyata keçirib. Təlimlərdə hava və dəniz əməliyyatları birlikdə sınaqdan keçirilib. Məqsəd həm sahil dövlətləri arasında konvensiyaya uyğun sərhəd təhlükəsizliyi, həm də fövqəladə hallara operativ reaksiya vermək kimi qeyd olunub. 

2021-2023-cü ildə keçirilən təlimlər artıq kiçik və böyük gəmilərin birgə manevr əməliyyatları, hədəf nişanlama və atəş texnologiyaları üzərində qurulub. Azərbaycan həm də konvensiya çərçivəsində hava sahəsini və radar nəzarətini təkmilləşdirib.

Onu da qeyd edək ki, Azərbaycan digər sahil dövlətləri ilə əlaqələr çərçivəsində Rusiya ilə birgə sərhəd və patrul təlimləri,

İranla dəniz təhlükəsizliyi koordinasiya təlimləri, Qazaxıstan və Türkmənistanla məlumat mübadiləsi və dəniz patrulu təlimləri gerçəkləşdirib. 

Görünür, Rusiyanın Azərbaycana qarşı təhdidləri Xəzərdə qeyd olunan əməkdaşlığın da sonunu gətirə bilər. Azərbaycanın hədələnməsinin qarşılığında Hərbi Dəniz Qüvvələrinin ”Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim”ə başlaması Kremlə və dünyaya mesajdır. Azərbaycan şimaldan təhlükə gözləyir və ona qarşı imkanlarını səfərbər etməyə çalışır. Xəzərdə böyük maraqları və yatırımları olan Qərb ölkələri, müttəfiq Türkiyə də Rusiyanın bu hədələrini ciddiyə alıb, Azərbaycana dəstək verməlidirlər.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam