Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Tehran 46 illik tələdən necə çıxacaq? -İran hakimiyyəti özünün elan etdiyi şüarların əsirinə çevrilib

news content

İrandakı hakimiyyət az qala yarım əsrlik iddiasının əsirinə çevrilib. Tehran rejiminin istifadə etdiyi ideya və şüarlar hakimiyyətin beynəlxalq aləmdə siyasi manevr etmək imkanlarını məhdudlaşdırır, bir sıra hallarda onu çıxılmaz vəziyyətə salır. 

Yenixeber.org: Sözügedən rejim “İsrailə ölüm!”, “Amerikaya ölüm!”, məcburi hicab, spirtli içkilərin istehlakına qoyduğu qadağa, tətbiq etdiyi cəzalar və başqa bu kimi məsələlərlə özünü işə salıb. Bu çərçivələr həm regional, həm də qlobal siyasi arenadakı münasibətlərdə onun əl-qolunu bağlayır. 

Həmin məsələlərdə cəmiyyətin tələbi əsasında güzəştə getməyi də özünə sığışdırmır. Belə qənaətə gəlmək olar ki, o, güzəştə getməklə cəmiyyətin daha böyük tələblər irəli sürəcəyindən narahatdır. Eyni zamanda, həm də cəmiyyətin etiraz nəticəsində əldə etdiyi uğurlar ətrafında birləşəcəyindən ehtiyatlanır. 

Bu günlərdə İsrailin Baş naziri Beniamin Netanyahu ABŞ-də rəsmi səfərdə olub. 

Ştatların Prezidenti Donald Tramp yəhudi dövlətinin hökumət başçısı ilə şam yeməyində bildirib ki, İran hakimiyyəti “Amerikaya ölüm!”, “İsrailə ölüm!” deməməlidir. O, münasib vaxtda İslam Respublikasına qarşı sərt sanksiyaları ləğv edəcəyini bildirib. Donald Tramp ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün atdığı son addımın ölkənin irəliləməsinə kömək edəcəyinə və İranla da buna bənzər bir hadisənin baş verəcəyinə ümid etdiyini söyləyib: “Mən münasib vaxtda bu sanksiyaları ləğv etmək və onlara bərpa şansı vermək istərdim. Çünki mən İranın “Amerikaya ölüm, İsrailə ölüm" deməsini deyil, sülh yolu ilə bərpa olunduğunu görmək istərdim”.

Donald Tramp İran hakimiyyətinin regional təcavüzkar kimi tanındığını deyərək, əlavə edib ki, hazırda onun belə bir imkanı yoxdur. 

Bu günlərdə ABŞ-nin tanınmış jurnalistlərindən Taker Karlson İran Prezident Məsud Pezeşkianla müsahibəsində də həmin məsələyə toxunub: “Amerikalıların çoxu İrandan qorxur. Siz deyirsiniz ki, qorxmursunuz, amma onlar qorxurlar. Onlar [amerikalılar] İranın ABŞ-yə nüvə silahı ilə hücum edəcəyinə inanırlar. Onlar iranlıların “Amerikaya ölüm!” şüarı səsləndirdiyi videoları görürlər. Siz nə düşünürsünüz? Biz İrandan qorxmalıyıqmı?”

Məsud Pezeşkian: “Bu, tamamilə yanlış təsəvvürdür. İran son 200 ildə heç bir ölkəyə hücum etməyib. Bizimkilər “Amerikaya ölüm!” deyəndə nə xalqı, nə də hakimiyyəti nəzərdə tutmurlar. Onlar müdaxiləçi siyasətə, cinayətə, qeyri-sabitliyə və müharibəyə ölüm deyirlər. Siz heç iranlının amerikalı öldürdüyünü görmüsünüzmü? İrandan olan bir terrorçu nə vaxtsa ABŞ-da hücum həyata keçiribmi? Heç vaxt. Əslində sizin öz prezidentiniz deyib ki, Amerika İŞİD-i yaradıb”

İran hakimiyyəti bu məsələdə doğrudan ilişib. 46 il öncə körpüləri yandıranda onun nə vaxtsa yenidən qurulmalı olacağını unudaraq, eyforiyaya qapılıb. Münasibətlərin kökünü belə qazıyıb. Heç kimə sirr deyil ki, birinə ölüm arzulamaq qarğışdır. Bunun başqa tərəfi və yozumu olmur. “Amerikaya ölüm!” dövləti məhv etmək, yaxud onun məhvini arzulamaq deməkdir. Başqa sözlə, İran hakimiyyəti ABŞ-yə qarğış edir. Bu, 45 ildir belədir. 

İran rəsmiləri bu məsələyə yeni dövrün tələblərinə uyğun olaraq səbəb hazırlamayıb. 

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei isə bu məsələyə belə aydınlıq gətirib: “Biz “Amerikaya ölüm!” deyəndə Amerika xalqını nəzərdə tutmuruq. Bizim amerikalılarla nə işimiz var. Biz “Amerikaya ölüm!” deyəndə Trampa, ABŞ-ni idarə edənlərə ölümü nəzərdə tuturuq. Biz insanlara ölüm demirik; zülmə, təcavüzə, alçaldılmaya və cinayətdə şərik olan hər kəsə ölüm deyirik”.

“Amerikaya ölüm!” şüarını vermiş İran diplomatı ABŞ-dən olan həmkarı ilə üz-üzə necə oturub, “bizə filan məsələdə güzəştə gedin” deyə bilər? Yaxud, ABŞ-nin məhv edilməsini arzulayan, ona qarğış edən bir hakimiyyətin təmsilçisi qarşı tərəfi qəddarlıqda, vəhşilikdə necə qınaya bilər?

Əlbəttə, bütün bunlar Tehran hakimiyyətinin 46 il əvvəl buraxdığı səhvlərin acı nəticələridir. Onu düzəltmək istəyəndə isə Tehran hakimiyyəti yeni səhvlər buraxır. Elə Xamenei ilə Pezeşkianın açıqlamasında olduğu kimi. 

“Amerikaya ölüm!” şüarı İranda 1979-cu il fevralı inqilabı zamanı meydana gəlib. Ondan sonra bu, ölkədə anti-ABŞ ritorikasının əsas elementlərindən birinə çevrilib. Ayətullah Xomeyni tərəfindən idarə olunan inqilab ABŞ ilə sıx əlaqəli hesab edilən və Qərblə yaxınlaşma siyasəti aparan Məhəmməd Rza şah Pəhləvini devirdi. O İrandan qaçandan sonra ABŞ-də, Panamada, Misirdə yaşadı. İnqilabçılar mühakimə etmək üçün onu ABŞ-dən istəsələr də, ala bilmədilər. ABŞ-nin Tehrandakı səfirliyinə hücum edildi, əməkdaşlar girov götürüldü və 444 gün əsir saxlanıldı. Bu şüar o vaxtkı İran cəmiyyətinin emosional vəziyyətini düzgün xarakterizə edirdi. Şüar həm də İran əhalisinin xarici təsirə, xüsusilə də imperialist kimi qəbul edilən Ştatların təsirinə qarşı ümumi narazılığını əks etdirirdi.

Şüar inqilabın dəstəyi və İran üçün təhlükə mənbəyi hesab edilən Qərbə qarşı müqavimətin simvoluna çevrildi. Bu, o zaman Xomeyniyə xalqı öz ətrafında səfərbər etmək üçün lazım idi. Anti-Amerika şüarından ona görə çox güclü şəkildə istifadə edilirdi. Tehran hakimiyyəti bununla da özünü müstəqil xarici siyasət yürüdən rejim olduğunu göstərməyə çalışırdı.

Cəmiyyət, rejimin tətbiq etdiyi hicab qaydalarına da etiraz edir. Artıq İranda hicabsız gəzmək adi hadisəyə çevrilir. Bu hal Tehranın düzəltdiyi “hicab” bütünün sınması, deməli, ideoloji əsaslarının dağılmağa başlamasıdır. “Amerikaya ölüm!” şüarının ləğvini isə ABŞ tələb edir. 

Hər iki məsələ İranın siyasi-dini-ideoloji təməlidir. Xamenei və Pezeşkianın irəli sürdüyü bəhanələrlə 46 il öncə buraxılan səhvi düzəltmək, aradan qaldırmaq olmur. İranın ali rəhbərinin iştirak etdiyi bütün tədbirlərdə hələ də “Amerikaya ölüm!” şüarı səslənir. Bu, ABŞ-nin 39-cu Prezidenti Ceyms Erl "Cimmi" Karterin dövründən indiyədək davam edir…(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam