Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

“Zəngəzur düyünü”nü kim açacaq? -ŞƏRH

news content


Ermənistanın dəhlizə nəzarəti Amerika şirkətinə etibar edəcəyi sual altındadır

Yenixeber.org: ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bəyan edib ki, Amerika tərəfi Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik (Zəngəzur) vilayəti üzərindən Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Bundan əvvəl Rusiyanın nəzarətində olması nəzərdə tutulan bu dəhlizin idarəçiliyinin Amerikanın özəl şirkətlərindən birinə icarəyə verilməsi ehtimalı barədə “Karnegi Fondu” və bir sıra KİV-lər məlumat yayıb.

Tom Barrak Nyu-Yorkda keçirdiyi brifinqdə deyib: “Ermənistan və Azərbaycan 32 kilometrlik yolla bağlı mübahisə edirlər. Amma bu, zarafat deyil. Cəmi 32 kilometr yolla bağlı mübahisə artıq on ildir davam edir. Beləliklə, nə baş verir? Amerika gəlir və deyir: “Yaxşı, biz bunu üzərimizə götürürük. Bu 32 kilometri yolu 100 illiyə bizə icarəyə verin və siz hamınız ondan istifadə edə bilərsiniz”.

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən, regiondakı nəqliyyat dəhlizlərinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməli idi. Lakin Ermənistan alternativ “Sülh kəsişməsi” nəqliyyat layihəsini təklif etdi. Bu layihəyə görə, infrastruktur onun ərazisindən keçdiyi ölkələrin – Ermənistan, Azərbaycan, Türkiyə və İranın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir. Rusiya isə oyundan kənar vəziyyətdə qalır.

Middle East Eye nəşrinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, daha sonra Türkiyə dəhlizin idarəçiliyinin həm Ermənistan, həm də Azərbaycanı razı salacaq özəl şirkətə verilməsini təklif edib. Nəşrin iddiasına görə, İrəvan Naxçıvan Muxtar Respublikasının ərazisində də belə nəzarətin həyata keçirilməsini tələb edib. Lakin Bakı bu variantı rədd edib. 

Qeyd edək ki, ABŞ rəsmiləri indiyədək bu nəqliyyat layihəsində iştirak ehtimalını şərh etməmişdi. Dövlət Departamenti isə ötən həftə bildirmişdi ki, onların mətbuatda yayılan məlumatlarla bağlı heç bir informasiyası yoxdur. Lakin indi bu ehtimal ABŞ-ın Türkiyədəki səfirinin dilindən səslənir.

Bəs, bundan sonra nə ola bilər? Bakı və İrəvan Zəngəzur dəhlizinin müvəqqəti olaraq ABŞ-ın nəzarətinə verilməsinə razılaşa bilərlərmi? Əgər bu baş versə, Cənubi Qafqazda vəziyyət necə dəyişəcək? Prosesdə kim uduzacaq, kim udacaq? Bu, Rusiyanın və İranın regiondakı siyasətinə təsir edəcəkmi?

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov pressklub.az-a açıqlamasında vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizində beynəlxalq nəzarət altında maneəsiz keçid rejimi tətbiq edilməlidir.

Erməni tərəfi istəyir ki, dəhlizin Zəngəzur (Meğri) hissəsində azərbaycanlılar və Azərbaycan yükləri üçün tətbiq ediləcək rejim Naxçıvandan Yersax və Meğriyə gedən Ermənistan vətəndaşları və yükləri üçün də eyni cür tətbiq edilsin. Azərbaycan isə bununla razılaşmır. Çünki Zəngəzurda maneəsiz keçid rejimi müharibənin nəticəsidir və bu rejim yalnız bir yola aiddir. Meğri eksklav deyil, Ermənistan vətəndaşları və yükləri oraya başqa yollarla da çatdırıla bilər”, – politoloq qeyd edib. 

Ekspert bildirib ki, Amerikanın nəzarət etməsi variantı beynəlxalq nəzarət mövzusudur:

Əvvəllər Üçtərəfli Bəyanatda Meğri yoluna Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarəti nəzərdə tutulurdu. Sonra bu hissədə İsveçrə şirkətinin operatorluğu məsələsi gündəmə gəlmişdi. İndi isə amerikalılar məsələsi ortaya atılıb. Bu yenə də Ermənistan tərəfindən asılıdır. Ermənistan tərəfi isə istəyir ki, Naxçıvandan keçən yolda da eyni rejim tətbiq olunsun. Bu isə yumşaq desək, konstruktiv yanaşma deyil.

Ermənistanın beynəlxalq nəzarət mövzusunda kiminlə razılaşacağı və bunun Azərbaycanı qane edib-etməyəcəyi gələcək danışıqların mövzusu olacaq.

Bu gün bu təklif Amerikanın təşəbbüsüdür və müəyyən dərəcədə əvvəlki variantları təkrarlayır. Əvvəlki variantlar baş tutmayıbsa, yeni təklifin keçəcəyinə də zəmanət yoxdur. Ona görə də, bu məsələyə skeptik yanaşıram. Yəni, bu, yalnız dəhlizin Zəngəzur hissəsində reallaşacaqsa, real variant ola bilər. Amma burada Ermənistan üçün İranın mövqeyi Rusiyanın mövqeyindən daha vacib olacaq. Faktiki olaraq, onlar bir nəzarəti digər nəzarətlə əvəz edirlər. Yəni, Azərbaycanın nəzarətini Amerika nəzarəti ilə dəyişmək istəyirlər. Bu isə yəqin ki, Tehranın gözlədiyi və arzuladığı variant deyil.

Bu, sırf Ermənistanın qərar verə biləcəyi məsələdir. Onlar beynəlxalq nəzarəti kimə etibar edəcəklərinə özləri qərar verməlidirlər – Rusiya, İsveçrə şirkəti, Amerika şirkəti, ya da başqa biri. Bundan sonra isə Bakı elan edəcək ki, bu variant Azərbaycan tərəfini qane edir, yoxsa yox”, – Məmmədov yekunlaşdırıb.

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam