Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

“Qatil” plakatı fonunda:“Buz dövrü” bitir?

news content


Lavrovun Ermənistanda qarşılanması suallar yaradıb

Yenixeber.org: Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir neçə illik fasilədən sonra 20–21 may tarixlərində yenidən İrəvana səfər edib. O, keçirdiyi görüşlər zamanı açıq şəkildə etiraf edib ki, son illər Rusiya ilə Ermənistan arasında münasibətlərdə kifayət qədər problemlər yaranıb və bu da əlaqələrin soyumasına səbəb olub. Danışıqlar zamanı tərəflərin bir çox məsələlərdə öz mövqelərində qalmasına baxmayaraq, Sergey Lavrov “qarşılıqlı incikliklər artıq keçmişdə qalıb” deyə iddia edib. 

Lavrovun Ermənistan səfəri zamanı maraqlı hadisələr yaşanıb. Naməlum şəxslər paytaxtdakı Kiyev körpüsündə Rusiya XİN rəhbərinin səfərinin nə qədər arzuedilməz olduğunu göstərən banner asıblar. Bannerin üzərində qatil sözü yazılıb və Putin əks olunub. Yerli fəallar isə Zvartnots hava limanında toplaşaraq Lavrovun səfərinə etiraz ediblər. Aksiya iştirakçıları əllərində “Cəllad”, “Rusiya işğalçı”, “Lavrov, evinə qayıt” kimi plakatlar tutublar. 

Mayın 21-də görüşün keçirildiyi Ermənistan Xarici İşlər Nazirliyinin binasının əsas girişində isə Lavrov daha bir xoşagəlməz insidentlə qarşılaşıb. Əllərində Avropa İttifaqı və Ermənistan bayraqları olan etirazçılar bu dəfə “Rusiya, Ermənistandan çıx!” şüarını səsləndiriblər. 

Danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan daha yumşaq mövqe ifadə edib: “Söhbət uzun illər ərzində müttəfiqlik əsasında qurulan münasibətlərdən gedir. Mən problemlərin mövcudluğunu inkar etmək istəmirəm. Amma əgər biz səmimi və dürüst dialoq qurmaq istəyiriksə, seçim etməliyik. Fərqliliklərə əsaslanaraq münasibətləri neqativ məcraya yönəltmək, yoxsa bizi birləşdirən və münasibətləri konstruktiv şəkildə inkişaf etdirən amillər üzərində dayanmaq?” Daha sonra isə nazir öz sualına özü cavab verdi: “Bizim Rusiya ilə möhkəm dostluq tellərimiz, mədəni əlaqələrimiz var və münasibətləri məhz bu müsbət məqamlar üzərində inkişaf etdirə bilərik”.

Ararat Mirzoyan əlavə edib ki, ilk növbədə iqtisadi münasibətləri və qarşılıqlı ticarəti nəzərdə tutur – ötən il bu göstərici 1,6 dəfə artaraq rekord həddə – 11,7 milyard dollara çatıb. Sergey Lavrov da öz növbəsində vurğulayıb ki, bu, Ermənistanın ümumi ticarət dövriyyəsinin təxminən üçdə birinə bərabərdir və Rusiyadan olan iş adamlarının maraqlarının qorunması üçün Ermənistan hakimiyyətinin gördüyü tədbirləri yüksək qiymətləndirir. Lavrov ümid etdiyini bildirib ki, Ermənistan gələcəkdə də ticarət və investisiya əlaqələrinin inkişafına dəstək verəcək. O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsinə də toxunaraq qeyd edib ki, bu təşkilat “iki ölkənin iqtisadiyyatının davamlılığının və rifah səviyyəsinin artmasının əlavə təminatıdır”. Rusiyalı nazirinin sözlərinə görə, Ermənistanda da Aİİ-yə münasibətdə belə yanaşma mövcuddur.

Qeyd etmək lazımdır ki, hələ bir müddət əvvəl Rusiya XİN-də bu cür əminlik yox idi. Cəmi bir ay öncə nazir müavini Mixail Qaluzin Ermənistanın açıq şəkildə Avropa İttifaqına yönəlməsi fonunda ölkənin Aİİ-də gələcəyini praktiki olaraq sual altına qoymuşdu.

Mətbuat konfransında Rusiya jurnalistləri də bu mövzudan yan keçməyərək, Ararat Mirzoyandan Ermənistanın bu iki qurumdakı mövqeyini necə uzlaşdırmaq niyyətində olduğunu soruşublar. Cavab isə qısa olub və hamını şoka salıb: “Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət etməyib. Bu istiqamətdə heç bir danışıqlar aparılmır və bu kontekstdə yaranacaq suallar da mövcud deyil”.

Ermənistanın “Factor” nəşrinin jurnalisti Mirzoyana bir neçə sərt sual ünvanlayıb. Məsələn, o, Azərbaycan tərəfinin münaqişələrdə Rusiya silahlarından istifadə etdiyi halda Lavrovu niyə “bu qədər səmimi” qarşıladığını soruşub. Mirzoyan isə cavabında bildirib ki, həm ev sahibi kimi, həm də Moskva ilə İrəvan arasında uzun illər davam edən müttəfiqlik əlaqələri fonunda başqa cür münasibət göstərə bilməz. Sergey Lavrov isə fürsətdən istifadə edərək xatırladıb: “Ermənistan müstəqillik əldə etdikdən sonrakı illər ərzində demək olar ki, daim Rusiya silahından istifadə edib – o cümlədən vaxtilə heç vaxt rəsmi şəkildə iddia etmədiyi yeddi rayonun işğalı zamanı. Həmin silahlar həmçinin fortifikasiya və döyüş mövqelərinin qurulmasında da istifadə olunub və bu da o demək idi ki, bu ərazilərin çox uzun müddət saxlanması planlaşdırılırdı”.

Lavrov Rusiyanın son 20 ildə Qarabağ məsələsinin həlli üçün necə çalışdığını və münaqişənin kəskinləşdiyi dövrlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hansı təşəbbüslərlə çıxış etdiyini izah etməyə çalışıb və əlavə edib ki, Rusiya fəaliyyətsizlikdə ittiham oluna bilməz: “Rusiya rəhbərliyinin təklif etdiyi variantlar – xüsusilə, beş rayonun Azərbaycana qaytarılması və Qarabağın statusunun sonrakı vaxta saxlanılması – bu gün baş verənlərdən daha yaxşı idi”.

Qarabağ sualı Sergey Lavrova ünvanlansa da, onun ermənistanlı həmkarı müzakirədən kənarda qala bilməyib. “Ölkələrimiz bir sıra məsələlərdə ümumi baxışa malik olsa da, bəzi mövqelərdə fikir ayrılığı yaşayır” – Mirzoyan deyib. O, söhbətin 2022-ci ilin sentyabrında sərhəddəki döyüşlərdən getdiyini dəqiqləşdirib və xatırladıb ki, həmin vaxt KTMT üzrə müttəfiqlərin irəli sürdüyü təkliflər Ermənistanı qane etməyib və bu, sonrakı hadisələrə, “o cümlədən KTMT-də üzvlüyün dondurulmasına təsir göstərib”.

Nazirlər görüşü kifayət qədər nikbin notlarla başa vurub, əl sıxıblar. Sergey Lavrov isə bildirib: “Danışıqlar bir daha təsdiqlədi: Moskva və İrəvan “qarşılıqlı inamsızlıq və inciklik mərhələsini” artıq arxada qoyublar”.

Maraqlıdır, Lavrov İrəvanda əslində hansı məsələləri müzakirə etmək niyyətində olub? Bu müzakirələrdə, məsələn, Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsinə toxunulubmu? Və Rusiya XİN rəhbərinin səfəri zamanı Putinin olduqca təsirli obrazda təsvir olunduğu plakatın peyda olması, Kremlin İrəvana münasibətinə necə təsir göstərə bilər?

Suallarımıza Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti, hazırda Praqada yaşayan Vadim Dubnov cavab verib.

Düşünürəm ki, Lavrovun səfərinə iki müstəvidə baxmaq lazımdır. Birincisi – yetərincə siyasi, simvolik və abstrakt səviyyədə. Bu, guya Rusiya və Ermənistanın əvvəlki münasibətlər orbitinə qayıtmaq cəhdinin işarəsidir. Halbuki bu, əslində mümkün deyil, çünki artıq tamamilə fərqli bir dövr başlayıb. Amma yenə də həm İrəvan, həm də Moskva bir-birinə belə barışıq jesti nümayiş etdirməkdən çəkinmir.

Digər tərəfdən isə burada, əlbəttə, müəyyən konkretlik də var. Məncə, Rusiya hər şeydən əvvəl Ermənistanın qonşuları ilə, ilk növbədə Azərbaycanla münasibətlərini tənzimləməsi prosesinə geri qayıtmağa çalışır. Arada Türkiyənin də adı çəkilir, amma bu, bir qədər fərqli mövzudur. Məncə, burada Rusiya daha çox bu prosesə Türkiyə tərəfdən daxil olmağa cəhd edir və bu baxımdan özünü bu proseslərin iştirakçısı kimi göstərmək istəyir. Çünki əvvəllər də olduğu kimi Rusiya üçün hər şeydən əvvəl kommunikasiya məsələləridir. Düşünürəm ki, bu, səfər ərəfəsində bəyan edilən müxtəlif məsələlər üzrə konkret düyünlərin açılması ilə bağlı söhbətin əsas mövzusudur.

Qalan məsələlər isə kifayət qədər mifoloji xarakter daşıyır – məsələn, Gümrüdəki bazanın taleyi və ya başqa hər hansı bir şey. Düşünmürəm ki, hərbi məsələlər ümumiyyətlə ciddi şəkildə müzakirə edilib. Çünki bu mövzuda danışılası elə də bir şey yoxdur. Rusiya Ermənistanı silahlandırmağa can atmır”, – ekspert bildirib.

O qeyd edib ki, bu da başadüşüləndir, çünki Rusiyanın təkcə Ermənistanla deyil, həm də Azərbaycanla münasibətləri var: “Və bu baxımdan düşünmürəm ki, sərhədçilər məsələsinə, həm də, xüsusən, bu gün toxunulmaz görünən Gümrü bazası ilə bağlı nələrsə danışılıb.

Plakat məsələsi – bu, Arman Babacanyan adlı şəxsin şəxsi təşəbbüsüdür. O, ciddi siyasi fiqur deyil, amma Ermənistanda kifayət qədər marginal qüvvələrin kəsişdiyi “nöqtə” sayılır. Bəli, Moskvaya qarşı inciklik var, amma bu inciklik tədricən səngiyir. Düşünürəm ki, Paşinyan da bu mənada artıq getdikcə bu narazı publikanın dəstəyinə daha az bel bağlayacaq. Baxmayaraq ki, o, müəyyən həcmdə hələ də bu inciklik üzərindən siyasi addımlar atmağa çalışacaq” – Dubnov vurğulayıb.(Pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam